İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında
1-06-2015, 20:23
Oxunub: 4 778
Prezident rəmzi açılışı bildirən lenti kəsib
Ağ Şəhər bulvarında 2 kilometr uzunluğu olan velosiped yolu yaradılıb.
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva iyunun 1-də Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.
BOLGEXEBER.COM xəbər verir ki, “Ağ Şəhər bulvarı” əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb.
Prezident rəmzi açılışı bildirən lenti kəsib.
Dövlət başçısının sərəncamı ilə inşa olunan Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə Uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına veriləcək. Ağ Şəhər bulvarında 2 kilometr uzunluğu olan velosiped yolu yaradılıb.
Dövlət başçısı burada istirahət edən sakinlərlə görüşüb.
Yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlayır.
Bulvardakı “Bulvar Hotel”dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək xüsusi qatarlar da hərəkət edəcək. Qatarların bulvar boyu bir neçə yerdə dayanacağı olacaq.
Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər