BolgeXeber.Com » Xəbərlər » Ağcabədidə “Meliorasiya və Su Təsərrüfatı” idarəsində müdir işçinin əmlakını mənimsəyib
Ağcabədidə “Meliorasiya və Su Təsərrüfatı” idarəsində müdir işçinin əmlakını mənimsəyib
2-06-2015, 15:42
Oxunub: 6 011
Baxmayaraq ki, Ağcabədi rayon və Şirvan Apelyasiya məhkəmələri işçinin xeyrinə qərar veriblər...
Ağcabədi rayonu, Kəbirli kənd sakini Bənövşə Quliyeva Milli Məclisin sədri Oqtay Əsədova məktub yazıb ki, oğluna qarşı haqsızlığın aradan qaldırılmasına kömək etsin. Onun oğlu Sahib Bünyadova məxsus əmlakı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyev tərəfindən mənimsənilib. İşə baxan Ağcabədi rayon məhkəməsi və Apelyasiya şikayəti əsasında Şirvan Apelyasiya Məhkəməsi Sahib Bünyadovun xeyrinə qərar çıxartsalar da əmlakı Əli Əliyev mənimsəyib.
Bu xəbəri eşitcək yadıma köhnə, Brejnevin dövründən bir məsəl düşdü. “Günlərin bir günü Brejnev maşınla gedirmiş. Qarşılarına bir heykəl çıxır. Sürücüdən soruşur ki, kimin heykəlidir. Sürücü “Puşkinin” deyə cavab verir. “Mumu”nu yazanınmı” deyə Brejnev bir də soruşur. “Yox, “Mumu”nu Turgenev yazıb” sürücü belə cavab verir. “Bu necə məsələdir? “Mumu”nu Turgenev yazıb, gətirib Puşkinə heykəl qoyublar. Heç nə başa düşmədim!”
Elə bilməyin ki, belə məsələlər keçmişdə qalıb, indi ondan da çox olur. İntəhası onu bilmirəm ki, Brejnevi mat-məəttəl qoyan məsələ, görəsən, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri hörmətli Əhməd Əhmədzadəni də mat qoyub?
Təmkin Səbirli
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər