BolgeXeber.Com » Xəbərlər » ANS öz efirindən səslənən təhqirə haqq qazandırdı: BAXMASINLAR!(VİDEOLAR)

ANS öz efirindən səslənən təhqirə haqq qazandırdı: BAXMASINLAR!(VİDEOLAR)

9-06-2015, 17:00
Oxunub: 3 776 ANS öz efirindən səslənən təhqirə haqq qazandırdı: BAXMASINLAR!(VİDEOLAR)ANS efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzovanın çadralı xanımları təhqir etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Məsələ ilə bağlı ANS-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Məmmədov aznews.az-a deyib ki, aparıcı konkret kimisə təhqir etməyib: “Çox adam çox şey yaza bilər. Xoşlarına gəlmir baxmasınlar. Hamı indi tələb edir. Gözümüz aydın, nə qədər kanal var, başqasına baxsınlar. O aparıcı konkret kimisə təhqir etməyib”.

M.Məmmədov aparıcıya heç bir xəbərdarlığın olunmayacağını bildirib: “Mən başa düşmürəm, niyə aparıcıya xəbərdarlıq olunmalıdır ki? Azad şirkətin azad jurnalistidir. Sabah da deyərlər ki, paltarı xoşlarına gəlmir, buna görə biz kimisə işdən çıxarmalıyıq?”

Qeyd edək ki, “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova çadra örtən xanımları “bayquş”a bənzədib.
Bolgexeber.com