9-cu sinif şagirdinə qoşulub qaçan 17 yaşlı qız Bakıda özünü asdı
9-06-2015, 17:40
Oxunub: 5 671
Beyləqan rayonunda evdən qaçan 17 yaşlı Aytac Mahmudova özünü Bakıda bibisi evində asıb
Bu barədə ANS TV-nin “Sən tək deyilsən” verilişində bildirilib.
Aytac Mahmudova dünən Ramana qəsəbəsində bibisinin evində intihar edib. Deyilənlərə görə, Aytac Mahmudova özündən bir yaş kiçik oğlana qoşulub Sabirabada qaçıbmış. Sonradan oğlanın ailəsi bundan xəbər tutub və Aytacı qəbul etməyiblər. Bu səbəbdən oğlan Aytacı atası evinə qaytarmaq istəyib. Lakin qız qayıtmaq istəməyib.
Belə olan təqdirdə, oğlanla qız Bakıya getməyi planlaşdırıblar. Plana görə, Aytac ilk öncə Bakıya gedib. Lakin sevdiyi oğlanın gəlmədiyini gördükdə ona zəng vurub. Ancaq zənglərə cavab verən olmayıb.
Aytac Mahmudovanın yataq xəstəsi olan atası deyir ki, qızının paytaxtda olduğu barədə ona yaxınları məlumat veriblər. Ata da dərhal Bakıda yaşayan bacısına zəng vurub. Bununla da Aytac bibisinin evinə gedib. Orada da sevdiyi oğlana zəng vurub. Lakin sevdiyi oğlanın etibarsiz olduğunu görən Aytac Mahmudova canına qıyıb.
Qeyd edək ki, Beyləqan rayonunda orta məktəbin 10-cu sinfində təhsil alan 17 yaşlı Aytac Mahmudova ötən ay evlərindən qaçmışdı. Qızın anası bildirib ki, qızını özündən bir yaş kiçik, 9-cu sinif şagirdi olan oğlan qaçırıb. Aytac evdən çıxarkən ailəsinə məktub da yazıb. Qız məktubda ailəsindən incik olduğunu xüsusi vurğulayıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər