Pirşağıda icra nümayəndəsi narazılıq yaradır... - Şikayət
19-06-2015, 18:22
Oxunub: 5 422
Bir çox hallarda cəmiyyətdə "bələdiyyələrin, həm də yerli icra nümayəndəliklərinin fəaliyyət göstərməsi bir sıra mənfi hallara, o cümlədən ictimai vəsaitlərin səmərəsiz xərclənməsinə gətirib çıxarır” kimi fikirlər səslənir
Səbəb isə təbii ki eynidir, çünki həmin qurumlar heç bir işə yaramır və icra etməli olduqları işləri görmürlər. Təbii ki, belə olan halda da, vətəndaşların etirazı ilə qarşılanır. Vətəndaşlar da səslərini duryurmaq üçün yerli xəbər portallarına, qəzetlərə üz tutmalı olurlar.
Bildiyimiz kimi, hər rayonun inzibati ərazi dairəsi üzrə nümayəndəliyi var. Lakin nadir hallarda olur ki, həmin nümayəndəliklərin bəziləri icra etməli olduqları işləri həyata keçirirlər. Təbii ki, bunu bizlər yox, həmin rayon sakinləri deyirlər. Qeyd edək ki, bu gün hazırkı mövzu barədə söhbət açmağımız da əbəs deyil. Çünki bu günlərdə Pirşağı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən redaksiyamıza şikayət daxil olub. Şikayətdə bildirilir ki, bu gün Pirşağı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işi sadəcə olaraq vətəndaşlara yaşadığı ərazi üzrə arayış verməkdir. Belə ki, nümayəndəliyin səlahiyyətində kifayət qədər görməli olduqları işlər olsa da, həmin işlərə əhəmiyyət belə verən yoxdur. Əldə etdiyimiz məlumatlara görə, Pirşağı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də digərlərindən fərqlənmir. Qəsəbədə hər kəs düşünürmüş ki, icra nümayəndəsi mövcud problemləri həll edəcək, sakinlərin işlərini az da olsa, yüngülləşdirəcək. Lakin təəssüflər olsun ki, düşünülənlərin əksi olub. Belə ki, deyilənə görə icra nümayəndəsi təyin edildiyi az müddətdə artıq qəsəbədə öz qayda-qanunlarını qoymağa başlayıb. Boş torpaq sahələri satılıb, yeni tikililər inşa edilir, həmçinin vətəndaşların evlərini artırmalarına, tikinti işlərini davam etdirmələrinə də icazə verilmir. Birmənalı olaraq bildirilir ki, "icra nümayəndəsini görməlisiniz". Şikayətdə qeyd olunur ki, icra nümayəndəsi heç kimi saymayaraq, öz bildiyi kimi davranır və "bundan sonra bu cür olacaq" deyir. Sakinlər icra nümayəndəsinin bu cür hərəkətlərindən olduqca narahat olduqlarını dilə gətirirlər. İcra nümayəndəsi öz qayda-qanunlarını yürüdürsə, bir müddət sonra edəcəklərini təsəvvür etmək elə də çətin deyil. Bir sözlə, sakinlər icra nümayəndəsinin işinin araşdırılmasını, həmçinin mövcud problemlərinin həll edilməsini istəyirlər. Sakinlərin sözlərinə görə, yolları bərbad durumdadır, su problemləri var, həmçinin qəsəbə ərazisində əksər küçələrdə yığılmalı zibillər var ki, günlərlə yığılmır. Sakinlər məcbur olub, həmin zibilləri bir yerə yığıb yandırırlar. Bir sözlə, kifayət qədər iş olduğu halda, qəsəbə nümayəndəliyi bu işləri qulaqardına vurur.
gundelik-baku.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər