BolgeXeber.Com » Xəbərlər » Yasamal rayonunda şəhid anasına hörmətsizlik - 43 sayli MİS-dən arayış almaq üçün 30 manat tələb olunur

Yasamal rayonunda şəhid anasına hörmətsizlik - 43 sayli MİS-dən arayış almaq üçün 30 manat tələb olunur

23-06-2015, 11:27
Oxunub: 5 459 Yasamal rayonunda şəhid anasına hörmətsizlik - 43 sayli MİS-dən arayış almaq üçün 30 manat tələb olunurŞəhid anasından pul tələb etməsinə “aydınlıq” gətirən Ayişə Cəfərova qışqıra-qışqıra deyir ki, bəs biz burda niyə oturmuşuq?

Azərbaycanda şəhid aillələrinə, Qarabağ əlilləlirənə və müharibə veteranlarına dövlət səviyyəsində qayğı göstərilir. Onlar dövlət hesabına mənzillərlə və avtomobillərlə təmin olunur, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq qərarlar qəbul olunur. Unutmamalıyıq ki, Vətənimizin müdafiəsi uğrunda canını qurban verənlər əbədi olaraq yaşayırlar. Şəhidlik ən yüksək zirvədir. Bu zirvəni fəth etmək hər adama nəsib olmur.

Təəssüf edirik ki, korrupsiya və rüşvətxorluğa vərdiş etmiş bəzi idarə müdirləri üçün şəhidlik, Qarabağ əlilliyi adi bir haldır. Onları Vətən, torpaq və bu yolda canını qurban verənlər yox, pul maraqlandırır. Belə bir hal bu günlərdə Yasamal Rayon 43 saylı Mənzil İstismar Sahəsində baş verib. Şəhid anası Rüxsarə Məmmədova arayış almaq üçün 43 saylı MİS-ə müraciət edib. Həmin arayış Şəhid Ailələri Cəmiyyətinə təqdim ediləcəkdi. Hazırda kirayələrdə yaşayan şəhid anası Prezidentin sərəncamı ilə şəhid ailələri üçün tikilmiş evlərdən mənzil almaq üçün arayış istəyir. Ancaq 43 saylı MİS-in rəhbərliyinin pula hərisliyi buna mane olub. Bir arayış vermək üçün şəhid anasından 30 manat pul tələb olunub. Qəti olaraq bildiriblər ki, bizi şəhid anası olmaq maraqlandırmır. Pulunu ver, arayışını verək. Verməsən arayış ala bilməyəcəksən. Get kimə istəyirsən de.

43 saylı MİS-in rəisi Yusif Əhmədov pulyığma əməliyyatını mühasibi Ayişə Cəfərovaya həvalə edib. Y.Əhmədov səhər saatlarında iş yerinə dəyib ərazi adı ilə yoxa çıxır. Bütün işləri isə Ayişə Cəfərova həyata keçirir. Şəhid anasından pul tələb etməsinə “aydınlıq” gətirən Ayişə Cəfərova qışqıra-qışqıra deyir ki, bəs biz burda niyə oturmuşuq? Necə dolanaq? Acından ölməliyik? Sonra isə sözünü dəyişərək deyir ki, onun 30 manat ev pulu borcu var. Mühasibə deyəndə ki, axı, sizin 30 manat tələb etdiyiniz şəhid anası mülkiyyət sahibi deyil. O, sadəcə olaraq həmin evdə qeydiyyatdadır. Bir də ki, mülkiyyət hüququnu təsdiqləyən sənədi olan mənzil sahibi MİS-ə hansı əsaslarla kirayə haqqı verməlidir? Mühasibə dərk etdirmək istəyirdik ki, şəhid ailələri xüsusi statusa malikdir. Dövlət onlar üçün hər cür şərait yaradır ki, heç olmasa, az da Vətən yolunda şəhid olmuş övlad itkisini unuda bilsinlər. Mühasib isə öz sözünün üstündə durmuşdu. Dedi ki, bu rəisin tapşırığıdır.

MİS-in rəisi Yusif Əhmədov və mühasib Ayişə Cəfərova hər gün işə gələrkən 150 saylı məktəbin qarşısında şəhid anası Rüxsarə Məmmədovanın şəhid oğlu Faiq Rzayevin büstü önündən keçirlər. Görəsən bu iki şəxsin vicdalarının səsi onları rüşvətxorluqdan əl çəkməyə səsləmirmi? Əgər Yusif Əhmədovla Ayişə Cəfərovanın övladları şəhid olsaydı və onlardan bir arayış üçün 30 manat rüşvət tələb olunsaydı, onlar bu ədalətsizliyə, haqsızlığa və özbaşınalığa dözərdirlərmi? Axı, onların vicdanı necə qəbul edir ki, şəhid anası hələ də kirayələrdə yaşayır?

Görəsən Yasamal Rayon İcra Hakimiyyəti Azərbaycan Prezidentinin siyasiətinə tamamilə zidd olan bu rüsvayçılıq barədə hansı tədbiri görəcək? Nəhayər, şəhid anasına pulsuz arayış veriləcəkmi?

DİA.AZ