Goranboyda doğuş zamanı ana və uşaq ölüb- Xəstəxanada ciddi insident yaşanıb
24-06-2015, 10:32
Oxunub: 4 876
Dünyasını dəyişən qadın hamilə olduğunu bilmirmiş
Bu gün gecdə saatlarında Goranboyda doğuş zamanı ana və uşaq ölüb.
BOLGEXEBER.COM modern.az-a istinadən xəbər verir ki, hadisə Goranboy rayon xəstəxanasında baş verib.
Buna görə, ölən ana və uçşağın sahibləri ilə xəstəxana işçilərinin arasında ciddi insident olub. Xəsarət alanlar var.
Məsələ ilə bağlı xəstəxanın şöbə müdiri İradə Həsənova qeyd edib ki, 1983-cü il təvəllüdlü Aslanova Nəcibə Şahmar qızı iyunun 22-də onlara çox ağır vəziyyətdə müraciət edib.
“Xəstə bizə daxil olanda koma vəziyyətində idi. Məmmədova Şəhla həkim tərəfindən təcili olaraq əməliyyata alındı. Lakin vəziyyəti ağır olduğu üçün həm Bakıdan, həm Gəncədən həkimlər çağırıldı. Amma gecə saat 3 radələrində ana keçindi”.
İ.Həsənova uşağın da ölü doğulduğunu vurğulayıb.
“Fermada yaşayan ailə olub və özünün hamiləliyindən də xəbəri olmayıb. İki böyük uşağı var. Hamiləlikdən xəbəri olmadığı üçün heç hara müraciət etməyib. Anasıgilə gələndə başağrısının olduğunu deyib. Anası həkimə aparmağa çalışsa da gəlin getməyib və qəfildən halı pisləşib. Anasıgildə təcili bura gətiriblər”.
Şöbə müdiri bu hadisə nəticəsində xəstəxanada dava olması, polisin müdaxilə etməsi faktını inkar edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər