Bakıda qardaş bacısını ata mülkünə görə bıçaqladı - "Bacım özü özünü vurub"
25-06-2015, 12:22
Oxunub: 6 263
Ötən gün Bakının Yasamal rayonunda qardaş bacısını bıçaqlayıb
ANS PRESS-in məlumatına görə, hadisə dünən saat 18 radələrində qadının evində baş verib.
Bıçaq xəsarətləri alan 44 yaşlı Arifə Abbasova xəstəxanaya aparılıb. Qadının vəziyyəti ağır olduğu üçün dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Arifə Abbasova bildirib ki, qardaşı tərəfindən vurulub. Qadının şikayəti əsasında şübhəli şəxs qismində saxlanılan 42 yaşlı T.B. bacısının yalan danışdığını bildirib. O, bacısının intihar məqsədilə öz-özünü bıçaqladığını vurğulayıb: "Bacım yalan deyir. Mən onu vurmamışam. Bacım özü özünü bıçaqlayıb".
Qeyd edək ki, Arifə Abbasova ailəli olub. Həyat yoldaşı ölüb. Hazırda 2 övladı ilə birlikdə yaşayır. Onunla qardaşı arasında ata mirası üstündə mütəmadi olaraq mübahisə olub. Qadın qardaşının onu məhz bunun üsyündə vurduğunu deyib.
Faktla bağlı araşdırma aparılır.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər