Avropa Oyunlarına biletləri yüksək qiymətə satan şəxs 7000 manat cərimə olunacaq
26-06-2015, 18:31
Oxunub: 1 409
"Bakı-2015" ictimaiyyəti ilk Avropa Oyunlarına biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır. Yarışın son günlərinə və ən çox bilet satışı proqnozlaşdırılmış bağlanış mərasiminin biletlərinə tələbat əhəmiyyətli dərəcədə artıb.
"Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsindan (BEGOC) SalamNews-a verilən məlumata görə, hər hansı bileti onun nominal dəyərindən baha qiymətə satmaq Azərbaycan qanunvericiliyinə ziddir.
Təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyi ilə məşğul olmanın qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, istənilən şəxsin "Bakı-2015" Avropa Oyunlarının hər hansı bir yarışına bileti yüksək qiymətə satması faktından asılı olaraq həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb ediləcək və 7000 manata qədər cəriməyə məruz qalacaq.
"Bakı-2015" azarkeşlərin Avropa Oyunlarına biletləri "Bakı-2015"-in veb-səhifəsindən və ya Bakı şəhərində yerləşən 12 rəsmi bilet satışı kassasından əldə etməsini təmin etmək istəyir.
Bilet satışı kassalarının ünvanlarından tutmuş məkanlara necə getmək haqqında məlumatlara qədər Avropa Oyunlarına dair hər hansı məlumatı +994 (0) 77 2015 000 nömrəsi ilə əlaqə saxlayaraq Tamaşaçı Məlumat Mərkəzindən və ya www.baku2015.com veb-səhifəsindən əldə etmək mümkündür.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət