“Sürücülərin cərimələri ləğv edilsin! - MİLLƏT VƏKİLİ
27-06-2015, 11:22
Oxunub: 4 753
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa I Avropa Oyunlarının başa çatması münasibətilə təklif irəli sürüb
F.Mustafa Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanın möhtəşəm bir yarışa ev sahibliyi etməsi, üstəlik idmançılarımızın bu oyunlarda qürurverici çıxışı hamımızın ürəyindən oldu: "Bu oyunların təşkilində, ölkənin yaxşı imicinin formalaşmasında müxtəlif təbəqələrdən olan çox sayda vətəndaşlarımızın xidməti oldu. Bu vətəndaşların içində, məncə, peşəsindən asılı olmayaraq avtomobil idarə edən sürücülər və yollarda gecə-gündüz ən sərt istidə belə öz vəzifə borcunu yerinə yetirən polislər xüsusi olaraq qeyd edilməlidir. Şəhərə giriş-çıxışın məhdudlaşdırılması, qadağanedici zolaqların tətbiqi ən çox sürücülər üçün narahatlıq yaradırdı. Ancaq sürücülərin əksəriyyəti əslində böyük fədakarlıq göstərdilər, qaydalara əməl edərək yarışlarda daşınmaların normal tənzimlənməsinə yardım etdilər".
F.Mustafa qeyd edib ki, bir neçə gündən sonra Polis günü qeyd olunacaq və yəqin ki, oyunlar zamanı vəzifə borcunu yaxşı yerinə yetirmiş polislərin zəhməti lazımi səviyyədə qiymətləndiriləcək: "Düşünürəm ki, Avropa Oyunlarında uğurlarımızı və sürücülərin əksəriyyətinin intizamlı davranışını nəzərə alaraq, oyunlar ərəfəsində və oyunlar zamanı qadağanedici zolaqlarda hərəkətə görə inzibati məsuliyyət çərçivəsində sürücülərə qarşı başladılan bütün inzibati icraat işləri dayandırılsın və anlaşılan dillə desək, bütün sürücülərin Avropa Oyunları ilə əlaqəli yol hərəkətində tətbiq edilən qaydaları pozmağa görə ödəməli olduğu cərimələr ləğv edilsin. Ümid edirəm ki, Daxili İşlər Nazirliyi bu məsələyə anlayışla yanaşacaq və sürücülərə qarşı xoşməramlı bir addım atılacaq".
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər