Mətbuatdan vəzifəyə yüksələnlər - SİYAHI
27-06-2015, 11:28
Oxunub: 4 789
İlk addımlarını jurnalistikada atan, hazırda isə yüksək vəzifə tutan məmurların jurnalist keçmişləri ilə bağlı oxuculara məlumat verəcək
Editor.az bu məqalədə vaxtilə jurnalist kimi çalışan, ömrünün gənc və enerjili çağlarını medianın inkişafına həsr edən məmurlardan bəhs edəcək.
İlk addımlarını jurnalistikada atan, hazırda isə yüksək vəzifə tutan məmurların jurnalist keçmişləri ilə bağlı oxuculara məlumat verəcək.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əmək fəaliyyətinə jurnalist kimi başlayıb. 1992-1993-cü illərdə "Naxçıvan" qəzetində müxbir kimi fəaliyyət göstərən gələcək icra başçısı sonradan ictimai fəaliyyətlə məşğul olub və “Əlincə” Cəmiyyətində şöbə müdiri olub.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun da ilk fəaliyyət sahəsi jurnalistika olub. Nə az, nə çox, düz 8 il jurnalist işləyən Rafil Hüseynov “Kommunizm yolu” qəzetində korrektordan şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müşaviri Müşviq Əmirov “Rabitə Dünyası” qəzetində baş redaktor kimi çalışıb və hazırda da paralel olaraq nazirliyin rəsmi orqanı olan bu qəzetə rəhbərlik edir.
Əmək fəaliyyətinə müxtəlif televiziyalarda idman müxbiri kimi başlayan Namiq Həsənov hazırda Nəqliyyat Nazirliyində aparat rəhbəri postunu tutur.
Qeyd edək ki, müxtəlif nazirliklərin və dövlət qurumlarının mətbuat katibləri arasında uzun müddət mətbuatda çalışmış jurnalistlər xüsusi yer tuturlar.
Təkcə son bir ildə 10-a yaxın jurnalist aparıcı dövlət qurumlarında mətbuat katibi vəzifəsinə yüksəlib.
Bu sırada Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramovanın, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun, “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəflinin, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin mətbuat katibi Yaşar İsaqovun, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun və digərlərinin adlarını çəkmək olar.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər