BolgeXeber.Com » Xəbərlər » Dövlət qurumları "Parabank"da yoxlamaya başladı

Dövlət qurumları "Parabank"da yoxlamaya başladı

27-06-2015, 14:57
Oxunub: 4 322 Dövlət qurumları "Parabank"da yoxlamaya başladıBir neçə gün əvvəl "Parabank" və "Kia Motors" MMC-nin müştərək cinayəti barədə sensasion məlumat dərc etmişdik

Bildirmişdik ki, "Kia Motors"un dövlətdən gizlətdiyi 40 milyona yaxın pulu "Parabank"ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılıb və müəyyən müddətlərdə dövriyyəyə buraxılıb.

Bir neçə il davam edən bu prosesin üstü pulun bir qisminin yoxa çıxması nəticəsində baş verən ölüm hadisəsindən sonra açılıb. Belə ki, "Kia Motors" MMC-nin rəhbəri Səxavət Səfərovun "Parabank"da həmin pullara nəzarət edən etibarlı adamı müəmmalı şəkildə intihar edib (guya özünə 8 bıçaq zərbəsi vurub).

Bundan sonra məsələ ilə bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları bankdakı qanun pozuntularının təftişinə başlayıb.

Aznews.az-a daxil olan məlumata görə, hər iki qurumda Vergilər Nazirliyi də böyük yoxlamalara başlayıb və doğrudan da milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtlaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb.

Bu arada sayt Vergilər Nazirliyinin "Parabank" və "Kia Motors" MMC-də həqiqətən də yoxlamalar apardığını əks etdirən sənəd eldə edib. Bu sənəd hər iki qurumdan şikayət edən vətəndaşa göndərilən rəsmi cavabdır. Göründüyü kimi, məktubda hər iki qurumda uzunmüddətli yoxlamalara başlanıldığı qeyd olunur.

Qeyd edək ki, məsələ ilə bağlı daha ciddi məqamlar var. Sayt məhz bunu nəzərə alaraq bildirir ki, "Parabank"ın özəl şirkətlə birləşərək dövlətə qarşı cinayət törətməsi, gizlətdiyi milyonlarla pulun taleyi və eləcə də bu işlərlə bağlı baş verən dəhşətli cinayətlərin təfərrüatları barədə növbəti günlərdə geniş məlumat verəcək.
Dövlət qurumları "Parabank"da yoxlamaya başladı