BolgeXeber.Com » Xəbərlər » «Azərsun»nun duz zavodu iflasa uğrayıb? İLGİNC

«Azərsun»nun duz zavodu iflasa uğrayıb? İLGİNC

30-06-2015, 15:36
Oxunub: 2 591 «Azərsun»nun duz zavodu iflasa uğrayıb? İLGİNCİnformasiyaya əsasən «Azərsun»nun Bakının Masazır kəndində yerləşən duz zavodu yarı gücü ilə belə işləmir

GUNDEMİNFO.AZ-ın redaksiyasına olduqca ilginc informasiya dazxil olub.İnformasiyaya əsasən «Azərsun»nun Bakının Masazır kəndində yerləşən duz zavodu yarı gücü ilə belə işləmir. Məlumata əsasən zavodun istehsal etdiyi məhsulların Rusiyaya göndərilən sonuncu partiyası ekspertizadan mənfi rəy aldığına görə, geri qaytarılıb. İnformasiyaya əsasən Duz Zavodunda istehsal edilən malların tərkibi standartlara cavab vermədiyindən geri qaytarılıb. Bildirilir ki, artıq Masazırda ətrafı tikanlı məftillərlə hasarlanmış Duz Gölünə girişə icazə verilib. Yerpli sakinlərin dediyinə görə, uzun illər bu göldən duz toplayaraq ailələrini saxlayan insanlara zavoddan deyiblər ki, artıq istədikləri qədər duz toplayıb sata bilərlər.

Onu da əlavə edək ki, Abşeron yarımadasında yerləşən Azərbaycan Duz İstehsat Birliyi kimi fəaliyyət göstərən Masazır duz zavodu 2010 ildə istifadəyə verilmişdir. Xammalı Masazır gölündən təmin olunan zavod ölkə və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir. Müəssisənin illik istehsal gücü 35 000 tondur.

Həmçinin də məlumat üçün bildirək ki, adıçəkilən Birlik 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondundan 75 milyon manatlıq güzəştli kredit hesabına formalaşdırılıb. Zavodun qurulması işində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi dövlət adına payçı kimi 25 faizlə tərəfdaş olub. Lakin nədənsə Şahin Mustafayevin nazir olduğu dönəmdə bu gölün imkanları, orada tədarük edilərək emala göndərilən və Azərbaycan istehlakçısı üçün satılan süfrə duzlarının keyfiyyəti yoxlanılmayıb.
Etibarlı mənbələrin verdikləri bilgiyə əsasən elə iqtisadi inkişaf naziri Şahin Mustafayevin bu Duz Zavodunun formalaşdırılmasında şəxsi maraqları olub. O səbəbdən keyfiyyət məsələsində heç bir mühim araşdırma və monitorinq aparılmayıb.

Qeyd edək ki, Masazır sakinlərinin dediyinə görə, kənddə yerləşən zavodun işıqları da son günlər söndürülür. Sakinlər deyir ki, uzun illər idi ki, zavoda gedən yol və ətraf işıqlandırma tam təmin edilirdisə, indii işıqlandırma yalnız t ədarük məntəqələrində həyata keçirilir. Məlumatlı mənbə iddia edir ki, ola bilsin manatın devalvasiyasından sonra «Azərsun» Holdinqin bu emal müəssisəsində böhran yaşanıb və elektrikə qənaət etməklə zavod rəhbərliyi məhz böhrandan az itki ilə çıxmaq istəyir.

Bu xəbərlə bağlı olaraq bütün tərəfləri dinləməyə hazırıq.
BOLGEXEBER.COM
«Azərsun»nun duz zavodu iflasa uğrayıb? İLGİNC
«Azərsun»nun duz zavodu iflasa uğrayıb? İLGİNC
«Azərsun»nun duz zavodu iflasa uğrayıb? İLGİNC