BolgeXeber.Com » Xəbərlər » Şirvanda məcburi köçkün su üzünə həsrət qalıb-VİDEO

Şirvanda məcburi köçkün su üzünə həsrət qalıb-VİDEO

2-07-2015, 11:36
Oxunub: 3 408 Şirvanda məcburi köçkün su üzünə həsrət qalıb-VİDEOMüharibə dövründə oğlu itkin düşən , sonra isə həyat yoldaşını və gəlnini itirən ana hazırda uçuq –sökük evində tək yaşayır

Deyirlər su aydınlıqdır. Su həm də təmizlik, paklıq rəmzidir. Təəsüf ki , heç də bütün ölkə sakinləri paklıq rəmzi sayılan sudan istifadə edə bilmirlər, yaxud çox çətinliklə su tapırlar. Şirvan şəhərindən BTV-yə şikayət məktubu ünvanlayan 80 yaşlı Zəröfşa ana da yayın bu istisində içməyə su tapmayanlardan biridir . 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün düşən Zəröfşa Usubova Şirvan şəhərində məskunlaşıb. Müharibə dövründə oğlu itkin düşən , sonra isə həyat yoldaşını və gəlnini itirən ana hazırda uçuq –sökük evində tək yaşayır. O, həm də susuzluqdan əziyyət çəkir. Çarəsiz vəziyyətdə qalan ana bildirir ki , dəfələrlə Şirvan şəhər icra hakimiyyətinə , su idarəsinə müraciət etsə də şikayətinə baxan yoxdur.
Biz məsələdə adı hallanan qurumlar və icra başçısının müavini Elmira xanımla əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı. BTV olaraq məsələni diqqətdə saxlayacağıq.
BOLGEXEBER.COM