BolgeXeber.Com » Xəbərlər » Evlilik proqramının qadın iştirakçısı Bakıda sükan arxasında sərxoş tutuldu – FOTO
Evlilik proqramının qadın iştirakçısı Bakıda sükan arxasında sərxoş tutuldu – FOTO
2-07-2015, 12:35
Oxunub: 5 968
Əlavə köməyə ehtiyac yaranıb
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində sərxoş halda sükan arxasına keçən qadın sürücü polis tərəfindən saxlanılıb.
BOLGEXEBER.COM ans-ə istinadən xəbər verir ki, qəsəbə ərazisində saxlanılan 31 yaşlı Cəfərova Aygün Vaqif qızı hər vəchlə öz əməlinə haqq qazandırmağa çalışıb.
Polis əməkdaşlarının ona sərxoşluq müayinəsi təklif etməsi isə xanım sürücünü lap özündən çıxarıb. Sənədlərini təhvil verməkdən və maşını tərk etməkdən boyun qaçıran Aygün Cəfərovanın ərazidən uzaqlaşdırılması üçün isə, əlavə köməyə ehtiyac yaranıb.
Post patrul xidməti əməkdaşlarının köməyi ilə maşından düşürülən qadın sürücünün üzərində daha sonra sərxoşluq müayinəsi aparılıb. Müayinə zamanı isə, onun oxşar əməlinin də üstü açılıb.
Sənədi alınan sürücü barəsində cərimə protokolu tərtib olunmaqla yanaşı ona məxsus avtomobil müvəqqəti dayanacağa aparılıb. Görünən isə odur ki, Aygün Cəfərova bu gedişlə sürücülük hüququndan da məhrum ediləcək.
Qeyd edək ki, 31 yaşlı Aygün Cəfərova vaxtilə Azərbaycan telekanallarından birində yayımlanan evlilik proqramının iştirakçısı olub.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər