1 saylı Vərəm Dispanserində rüşvət xəstəliyi
2-07-2015, 17:14
Oxunub: 5 013
Bakının 1 saylı Vərəm Əleyhinə Dispanserində acınacaqlı vəziyyət hökm sürür
TİA.AZ-a verilən xəbərə görə, Səhiyyə Nazirliyinin başdansovdu yanaşdığı bu tibb ocağı baxımsızlıqdan dağılıb gedir. Xəstəxananın ciddi şəkildə təmirə ehtiyacı olsa da, nə baş həkim, nə də nazirlik bu məsələdən narahatdır. Baş həkim və ümumilikdə tibb personalını vərəmli xəstələrin yaxınları maraqlandırır. Daha doğrusu, onların cibi.
Dispanserdə vərəmdən çox, rüşvət xəstəliyi yayılıb. Bu mikrobun qarşısını isə heç kəs almaqda maraqlı görünmür. Redaksiyamıza verilən xəbərdə iddia olunur ki, dispanserdə şəraitsizliyə görə xəstələri saxlamırlar. İmkanı olmayanlar isə aylarla orda zülm çəkir.
Beş mərtəbəli, tələbə yataqxanasına oxşar tikilən bu xəstəxananın pilləkənlərində iki adam yanaşı addımlaya bilməz. O qədər yöndəmsizdir ki, ayağının altına diqqət etməsən, sürüşüb gəldiyin istiqamətə doğru yuvarlanacaqsan.
Bura sağlam gələn adam xəstə gedər, nəinki vərəmdən müalicə olunmaq istəyənlər sağalar. Dispanserdə şəraitsizlikdən xəstənin necə müalicə olunduğu sual doğurur. Vərəmli pasientlər üçün ən yüksək şərait yaradılmalıdır. Ancaq onlara qarşı laqeyd münasibət var. Ağxalatlılar pul qazanmaq üçün yaxınlarını soyurlar. Onu da deyək ki, xəstəxanaya rüşvət verib qeydiyyata düşənlər olduğu da iddia edilir. Mövzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər