"Sirena Motors" avtomobil salonu alıcılarına necə hiylə gəlir?
3-07-2015, 12:19
Oxunub: 6 080
Burda adətən Çin modelli avtomobillərin satışı təmin olunur...
"Sirena Motors" avtomobil salonu ilə bağlı Sonolay.org saytına şikayət məktubu daxil olub. Bəlli səbəblərdən adını hələlik açıqlamaq istəməyən şikayətçi adıçəkilən avtomobil salonu tərəfindən aldadıldığını bildirir: "Bir müddət öncə Xırdalanda yerləşən mərkəzi satış salonunda və əsasən Çin modeli olan avtomobillərin satışı ilə məşğul olan "Sirena Motors" –dan maşın aldım. Amma qısa müddətdən sonra buna peşman olmuşam ki, bu da səbəbsiz deyil. Bildirirəm ki,"Sirena Motors" xarici görünüşünə, dizaynına görə ilk baxışdan alıcılarda müəyyən rəğbət hissi oyadan avtomobillər təqdim edir. Elə əsl tələ də həmin avtomobillərin göz aldadan dizaynındadır. Belə ki, heç bir texniki keyfiyyətə əsaslanmadan yığılmış həmin avtomobillər sonradan sahibləri üçün əsl başağrısına çevrilir. "Sirena Motors" həmin avtomobillərin keyfiyyətinə zəmanət versə də adıçəkilən salonun servis mərkəzindəki basabas hər şeyi deyir”.
Aldadılaraq müştərilərə bəh-bəhlə sırınan maşınların sonradan çox böyük xərc tələb etdiyini iddia edən şikayətçi burada göstərilən servis xidmətlərinin də olduqca baha olmasından narazıdır: "Hətta dünyaca məşhur avtomobil brendlərinin servis xərcləri belə "Sirena Motors"dakı qədər bahalı deyil. Bu isə müştərilərin aldadılması və keyfiyyətsiz xidmətin göstəricisidir”.
Sonda xatırladaq ki, "Sirena Motors" avtomobil salonunda yaşananlarla bağlı araşdırmalarımız davam edir və mövzuya yenidən qayıdacağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər