"Kapital bank"a silahlı hücum oldu-FOTO
4-07-2015, 10:42
Oxunub: 5 175
Mühafizəçi yaralanıb
“Kapital Bank” ASC-nin Abşeron filialına silahlı basqın olub.
BOLGEXEBER.COM xəbər verir ki, apa-nın məlumatına görə, bir neçə silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Bıçaq və güllə yarası almış mühafizəçi Əsədov Vüqar Vahid oğlu Daxili İşlər Nazirliyinin Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, şübhəli şəxslər məqsədinə çatmayıb və xəzinədən heç nə götürməyərək ərazindən uzaqlaşıblar.
Məlumata görə, cinayəti törədən şəxslərdən biri qaçarkən saxlanılıb. Adı hələlik açıqlanmayan saxlanılan şəxsin “Kapital Bank” ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir.
Qeyd edək ki, silahlı basqında bir neçə nəfərin iştirak etdiyi bildirilir.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər