BolgeXeber.Com » Xəbərlər » “Bəyin oğurlanması” filminin çəkildiyi Şamaxıdakı ev 30 il sonra – FOTOLAR,VİDEO

“Bəyin oğurlanması” filminin çəkildiyi Şamaxıdakı ev 30 il sonra – FOTOLAR,VİDEO

4-07-2015, 09:46
Oxunub: 6 301 “Bəyin oğurlanması” filminin çəkildiyi Şamaxıdakı ev 30 il sonra – FOTOLAR,VİDEOŞamaxının Məlhəm kəndində yerləşən bu evi Azərbaycanda hamı tanıyır

BOLGEXEBER.COM bildirir ki,məşhur “Bəyin oğurlanması” filminin çəkilməsindən 30 ildən çox vaxt keçsə də, evdə demək olar ki, elə bir dəyişiklik olmayıb.Film 1985-ci ildə mərhum rejissor Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən çəkilib. Filmdə bir çox tanınmış aktyorlar, o cümlədən, Siyavuş Aslan, Yaşar Nuri, Nəsibə Zeynalova, Həsənağa Turabov, İlham Namiq Kamal, Mirzə Babayev, Firəngiz Mütəllimova, Şamil Süleymanov, Hacı İsmayılov, Arif Quliyev və başqaları iştirak edib.

Azərbaycan kinosunun əksər aktyorlarını yer aldığı filmin Məlhəm kəndindəki çəkilişləri 3-4 ay davam edib.

Bəyin oğurlanması filmini yəqin ki, izləməyən insan çox azdır. Növbəti süjetimiz bu filmin çəkildiyi kənddən daha doğrusu əsas səhnələrin çəkildiyi evdən bəhs edir. Bu ev indiyədək qorunub saxlanılır.

Bu kəndi şamaxının hollivudu da adlandıra bilərik. söhbət şamaxının məlhəm kəndindən gedir. Kənddə "Bəyin oğurlanması" , "Qarca Qız", "Qaçaq Nəbi", "Dədəqorqud", "Yeddi Oğul İstərəm" kimi tanımış filimlərin də bir sıra çəkilişləri aparılıb.

Azərbaycan kinematoqrafiyasının incilərindən hesab olunan "Bəyin oğurlanması" filmi məhz bu kənddə bir az da dəqiqləşdirsək əksər səhnələr məhz bu evdə çəkilib.

Bu ev kinoda qız evi kimi tanınan İsrafil yəni Yaşa Nurninin evidir. Ev bu günə qədər qorunub, saxlanılıb. Sadəcə bir kiçik dəyişiklik var. O da pilləkənlərdəki sürahilərin çıxarılmasıdır. Bəyin Oğurlanması filiminin demək olarkı bütün çəkliş meydançası bu kəndə qurulub.1985-ci ildə lentə alınan filmin çəklişinə kənd sakinlərinin də marağı böyük olub.

3 ay davam edən çəkilişlərdə epizodik rollarda elə kənd sakinləri də yer alıb. Filmin çəkilişində bir neçə məkandan istifadə olunub. Onlardan biri də bu evdir. Nəsibə xanımın roldakı evi bu günə qədər qorunub. Səhər yeməyi və dialoq bu məkanda çəkilib. Öz evlərini kino çəkilməsi üçün sevə-sevə sənətkarlara həvalə edən ev sahibləri indi o filmi izlədikdə böyük sevinc hissi duyduqlarını deyirlər.

“Bəyin oğurlanması” filminin çəkildiyi Şamaxıdakı ev 30 il sonra – FOTOLAR,VİDEO
“Bəyin oğurlanması” filminin çəkildiyi Şamaxıdakı ev 30 il sonra – FOTOLAR,VİDEO
“Bəyin oğurlanması” filminin çəkildiyi Şamaxıdakı ev 30 il sonra – FOTOLAR,VİDEO