BolgeXeber.Com » Xəbərlər » Məmur süründürməçiliyindən prezidentə şikayət

Məmur süründürməçiliyindən prezidentə şikayət

15-07-2015, 12:23
Oxunub: 5 436 Məmur süründürməçiliyindən prezidentə şikayət"R.Əhmədovanın qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanması müddəti başa şatdığı üçün məhv edildiyindən onun qeydiyyata alınmasının əsaslı olub-olmamasını yoxlamaq mümkün olmamışdır"

Bakı sakini Bolgexeber.com-a məktub göndərib. Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanında yaşayan Əhmədov Rafiq Bəbir oğlu prezidentə müraciət edib.

Müraciəti təqdim edirik:
“Dövlət məmurlarının qanunazidd hərəkətləri” barədə
Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

“Mən doğma qardaşım Ramiz Əhmədovla o vaxt birlikdə yaşadığımız Ermənistan SSR-nin Amasiya rayonu, Güllübulaq kəndindəki 36 kv.m sahəsi olan ata yurdumuzu ölkədə ictimai-siyasi vəziyyətin kəskinləşməsi ərəfəsində Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 16, mən.,40-da( 32 kv.m sahəsi olan mənzil) yaşayan Qazarova Vera adlı şəxslə razılıq əsasında dəyişmişik. Bu mənzilin kirayəçisi 24.08.1989-cü il tarixli, 105424 saylı dəyişmə orderinə əsasən Əhmədov Ramiz Bəbir oğlunun adına rəsmiləşmişdir. Həmin orderdə digər şəxs kimi qardaş olaraq mənim adım da qeyd edilmişdir. ( Evin dəyişilməsi üçün Amasiya rayonun, Güllübulaq qəsəbə sovet sədri tərəfindən təsdiq edilmiş 24 iyul 1989-cu il tarixli arayışlarında da mən və qardaşım Ramizin ata mülkünün sahibləri kimi adlarımız qeyd edilmişdir) Lakin 1989-cu ildən indiyədək həmin mənzildə faktiki olaraq mən ailəmlə birlikdə yaşamışam. Faktiki olaraq Naxçivan şəhərində yaşayan qardaşım Ramiz 16.12.1992-ci ildə vəfat etmişdir. (AZ-I seriyalı, 4336658 nömrəli “Ölüm haqqında şəhadətnamə”) Ramiz qardaşım vəfat etməmişdən əvvəl, yəni 1991-ci ilin yanvarın 31-də Bakı şəhərində xəstəliyilə əlaqədar digər qardaşım Əhmədov Rəfail Bəbir oğlunu razılığı əsasında həmin evə pasport qeydiyyatına saldırmışdır. Lakin o ailəsilə birlikdə digər mənzildə yaşamışdır.
24.08.1989-cu il tarixli orderində ikinci şəxs kimi mənim də bir payçı olaraq adım qeyd olunduğuna görə yalnız mənim hüququm çatır ki, vəfat etmiş qardaşım Ramizdən sonra dövlət mülkiyyətində olan həmin mənzilə kirayə müqaviləsi mənimlə bağlansın. Bu arada necə olursa özünü rəhmətlik Ramizin qızı adlandıran Əhmədova Rəqsanə Ramizovnanı Rusiya Federasiyasının Ulyanovsk şəhərindən Bakıya gəlir. Ramizin övladı olmasında şübhəli bildiyimiz bu şəxs 1986-cı ildə Özbəkistan Respublikasında Şaqinyan Qalina adlı milliyəti dəqiq bilinməyən, lakin əvvəlki rəsmi nikahı erməni kişisilə olan bir xanımla nikahdan kənar dünyaya gəlmişdir. Sonradan Qalinanın xahişilə nikahdankənar doğulmuş Rəqsanə üçün doğum haqqında şəhadətnamə yazılarkən atası qrafasında Ramizin adını göstərilməsini xahiş etmişdir. Ramiz Qalinaya o halda razılıq verir ki, o da əvvəlki qızlıq soyadını sənədə yazdırsın. Razılaşma əsasında Özbəkistan Respublikasının Fərqanə vilayətinin VVAQ şöbəsində 14.05.1986-cı ildə anadan olmasını və valideynlərin kimliyini təsdiq edən sənəd rəsmiləşdirilir. Rəqsanənin dediyinə görə o və ailəsi Fərqanə hadisələrindən sonra daimi yaşamaq üçün Rusiya Federasiyasının Ulyanovsk vilayətində qohumlarının( ola bilsin ki, əvvəllər rəsmi nikahda olduğu əri Şaqinyanın və ondan olmuş birinci oğul övladının -13 il həbsxanada cəza çəkmiş Artur Şaqinyanın) evində 2002-ci ilədək yaşamağa başlamışdır. Ramiz isə 1989-cu ildən özünün dediyi kimi qeyri-rəsmi yaşadığı ailəsindən birdəfəlik ayrılaraq daimi yaşamaq üçün Azərbaycana qayıtmışdır. Beləliklə, biz Ramizlə ata yurdumuz olan 36 kv.m sahəli mənzilimizi Bakıdakı R.Məmmədov küçəsi ev 16, mənzil 40 –la dəyişmiş və orderdə hər ikimizin adı yazılmaqla mənzilə kirayə müqaviləsini Ramizin adına rəsmiləşdirdik. Əvvəl hər ikimiz həmin mənzildə yaşadıq. Sonra Ramiz xəstəliyilə əlaqədar Naxçıvan şəhərinə qayıtdı və 16.12.1992-ci ildə Naxçıvan şəhərində vəfat etdi. 1993-cü ildə mən ailə həyatı qurdum və Bakıda həmin mənzildə bu günədək yaşamağımı davam etdirdim.
Xətai rayon məhkəməsinin 28 fevral 2014-cü il tarixli qətnaməsinin 2-ci səhifəsində iş üzrə iddiaçı olmuş Əhmədova Rəqsanə Ramizovna izahatında göstərir: O, valideynlərilə birlikdə ( nikahdan kənar yaşamış valideynlər nəzərdə tutulur) Özbəkistan Respublikasında yaşamış, daha sonra həmin dövrdə baş vermiş hadisələrlə bağlı anası Rusiya Federasiyasına köçmüşdür. 08.05.2004-cü ildən hal-hazıradək Bakı şəhəri, R.Məmmədov küçəsi, ev 16, mənzil 40-da daimi qeydiyyatdadır...”
Əslində faktlar Rəqsanə Ramizovnanın məhkəməyə verdiyi izahatda olduğu kimi yox, reallıqda tamailə başqa cür olmuşdur. Rəqsanə Ramizovna Bakıya gəlmiş və dərhal da müəmmalı şəkildə R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanına pasport qeydiyyatına düşmüşdür. Amma necə?
Məhkəmə müəyyən etmişdir: Özbəkistan Respublikasının Fərqanə şəhəri, Kirqulisk rayonu, VVAQ şöbəsinin verdiyi 10.04.1999-cu il tarixli, II-FR 01 22 982 saylı doğum haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, Əhmədova R.R 08.05.1986-cı ildə Özbəkistan Respublikasının Fərqanə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 14.05.1986-cı ildə 366 nömrəsilə qeyd edilmiş, atası Əhmədov Ramiz Bəbir oğlu, anası İreykina Qalina Qriqoriyevnadır.”
Müəyyən edilmiş bu fakt təsdiq edir ki, Rəqsanə Ramizovna 1989-cu ilədək Özbəkistan Respublikasının vətəndaşı olmuş, 1989-cu ildən hal-hazıradək Rusiya Federasiyasının vətəndaşıdır. Lakin o qeyri-qanuni yollardan istifadə etməklə - yəni faktiki olaraq heç kimin razılığı olmadan, ya əmisi Rəfail Əhmədovun, ya da o vaxt saxtakarlıqla pasport qeydiyyatına düşmüş R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanında faktiki yaşayan Rafiq Əhmədovun(mənim) ailə üzvlərimdən (həyat yoldaşım və qızım)heç birinin razılığı olmadan, pasport qeydiyyatı idarəsi rəisilə gizli sövdələşmə nəticəsində saxtakarlıqla özünü əsassız olaraq həmin mənzilə qeydiyyata saldırmışdır.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 9-cu maddəsinin 6-cı yarımbəndində qeyd edilir: - qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatlar həqiqətə uyğun olmadığı halda və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qanunverici orqan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxmasının əsasını müəyyən edir.
Doğrudan da Rəqsanə Ramizovnanın R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanına əsas olmuş sənədlər – 23 il əvvəl vəfat etmiş atasının vəsiyyətnaməsinin olmaması, atasından qalma miras əmlaka vərəsə kimi tanınması barədə bu günədək tələb irəli sürmədiyindən o vərəsəlik hüququnu itirmişdir. Həmin mənzildə faktiki yaşayan əmisi Rafik Əhmədovlar ailəsinin və digər həmin mənzilə pasport qeydiyyatı olan əmisi Rəfail Əhmədovun razılıq ərizəsi və ya hər hansı etibarnaməsi olmadığından, həmin mənzilin çıxarışının olmaması, yerli İcra Hakimiyyətinin həmin mənzilə icra müqaviləsinin bağlanması barədə hər hansı sərəncamının olmaması qeydiyyat üçün əsas olan sənədlər hesab olunsa da onun bu mənzilə tələb olunan sənədlərdən heç birinin olmaması ilə pasport qeydiyyatına götürülməsi aidiyyatı vəzifəli şəxslər tərəfində rüşvət hesabına edilmiş qanunsuz hərəkətlər hesab edilir. Çünki, mülki məslə ilə bağlı olan bütün sənədlər arxivdə saxlanmalı olduğu halda arxivdən R.Ramizovnanın pasport qeydiyyatını əsaslandıran heç bir sənəd tapılmamışdır. Yəni, bu o deməkdir Ki. R.Ramizovna R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanına qeyri-qanuni, əsassız olaraq pasport qeydiyyatına götürülmüşdür. Onun hazırda da Rusiya Federasiyası vətəndaşı olması hazırda onun ikili vətəndaşlığa malik olması deməkdir ki, bu da Azərbaycan qanunvericiliyinə görə yolverilməz hesab olunur.
Lakin çox təəssüflər olsun ki, 01 may 2015-ci il tarixində mənim Rəqsanə Ramizovnanın mənim ailəmin hazırda yaşadığı mənzilə qanunsuz yollarla düşdüyü pasport qeydiyyatından çıxarılmasını və onun Azərbaycan Respublikası vətəndaşlığından çıxarılması barədə Dövlət başçısına, MTN-nə, Dövlət Miqrasiya Xidmətinə, Daxili İşlər Nazirliyinə sənədlərlə birlikdə etdiyim müraciətlərə həm Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini Cəmil Hüseynovun 02. 07.2015-ci il tarixli və həm də DİN-nin DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyevin imzası ilə yazılmış 27.06.2015-ci il tarixli cavab məktubunda əsassız olaraq göstərilir ki, “...Əhmədova Rəqsanə Ramizovna 08.05.2004-cü ildə Xətai rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 16, mən.. 40 ünvanı üzrə sənədləşdirilərək iki dəfə şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
Bildirirk ki, R.Əhmədovanın qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanması müddəti başa şatdığı üçün məhv edildiyindən onun qeydiyyata alınmasının əsaslı olub-olmamasını yoxlamaq mümkün olmamışdır.
R.Əhmədovanın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün Sizin aidiyyatı üzrə Məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir”.
Məsələni araşdırmadan mənə 58 gündən sonra belə bir formal, əsassız cavab verməsini dövlət məmuru tərəfindən kobud qanun pozuntusu faktı hesab edirik.
Bolgexeber.com