BolgeXeber.Com » Xəbərlər » “NİKOYL” Bank-dan açıqlama gəldi: "Araşdırma tərəfdarıyıq" - REAKSİYA

“NİKOYL” Bank-dan açıqlama gəldi: "Araşdırma tərəfdarıyıq" - REAKSİYA

15-07-2015, 11:39
Oxunub: 4 039  “NİKOYL” Bank-dan  açıqlama gəldi: "Araşdırma tərəfdarıyıq" - REAKSİYA"Bank olaraq qeyd olunan məsələnin araşdırılmasının tərəfdarıyıq"

Dünən Sumqayıt sakini Salman Məmmədovun "Nikoil Bank"ın əməkdaşı tərəfindən fırıldağa məruz qalması ilə bağlı informasiya vermişdik.

Bankdan Bolgexeber.com-a şikayət yazısı ilə bağlı rəsmi münasibət göndərilib. Bankın açıqlamasını olduğu kimi təqdim edirik:

"Dünən saytınızda dərc olunan “NİKOYL” Bankla bağlı məqələyə açıqlama:

Qeyd olunan əməkdaşla bağlı onu qeyd etmək istəyirik, həmin şəxs 02.06.2015-ci il tarixindən məlum olmayan səbəbdən Bankın müvafiq filialına işə gəlmədiyindən, bu əməl ilə bağlı Bankın İdarə Heyətinin Sədri tərəfindən Azərbaycan Respublikasının Əmək qaninvericiliyinə əsasən qərar qəbul olunmuşdur və əmr verilmişdir. Şikayətdə qeyd olunan hallarla bağlı bildiririk ki, Nikoyl Bank özüdə kreditin qaytarılmasında maraqlıdır, Bankla tərəf arasında bağlanmış kredit müqviləsinə əsasən tərəf müvafiq cədvəl üzrə ödənişləri öz üzərinə götürür və ödənişlərin kassadan və ya ödəniş terminallarından kənar həyata keçirilməsi, yəni ərizəçinin qeyd etdiyi kimi ödənişin konkret olaraq kredit vermiş işçiyə ödənilməsi yolverilməzdir. Bununla bağlı Bank olaraq qeyd olunan məsələnin araşdırılmasının tərəfdarıyıq".