Ziya Məmmədovun qoçularından daha bir vəhşilik
15-07-2015, 14:58
Oxunub: 4 566
Nəqliyyat müfəttişləri avtovağzalda sürücünü yerlə sürüyüb, maşınını qaçırdılar
Nəqliyyat Nazirliyinin qoçuları daha bir vəhşiliyə imza atıblar. Bu barədə JAM.AZ-a müfəttişlərin zorakılığına məruz qalmış sürücü Elman Əhmədov məlumat verib.
O bildirib ki, iyulun 14-də saat 10:45 radələrində yaxın qohumunu avtovağzala aparıb. Onu yola saldıqdan sonra iki nəfər qəfil maşınına yaxınlaşaraq, özlərini təqdim etmədən fiziki güc tətbiq ediblər. «Maşının açarlarını zorla əlimdən aldıqdan sonra, özümü də itələyib yerə saldılar. Yıxılaraq əlimdən zədə aldım. Maşınımı isə qaçırdılar».
Elman Əhmədov qeyd edib ki, ilk olaraq nə baş verdiyini anlamayıb. Daha sonra isə idarə etdiyi avtomobilin kimlər tərəfindən qaçırıldığını öyrənə bilib. «Mənim idarə etdiyim 10 PS 395 dövlət nömrə nişanlı maşınımı Nəqliyyat Nazirliyinin müfəttişlərinin qaçırdığını öyrəndim. Maşında olan əşyalarımın taleyi isə müəmmalıdır».
Elman Əhmədov jam.az-a bildirib ki, o taksi fəaliyyəti ilə məşğul olmur və maşınının qaçırılması ilə bağlı isə 102 Xidmətinə zəng edib. «Həmin zəngimdən sonra məni 40-cı Polis Bölməsinə dəvət edib, izahat alıblar. Amma hələ də maşınımın harada olduğu və taleyinin necəliyindən xəbərim yoxdur».
Xatırladaq ki, bu, nəqliyyat müfəttişlərinin ilk zorakılıq hadisəsi deyil. İndiyə qədər dəfələrlə belə olay yaşanıb. Və təəssüf ki, nəqliyyat naziri Ziya Məmmədovun tabeçiliyində olan bu qurumun əməkdaşları qeyri-qanini hərəkətlərinə görə, heç bir məsuliyyətə cəlb olunmayıblar.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər