Cahangir Əsgərovun “uçan” qiyməti “yerə” endirildi - Günün sonu açıqlama olacaq
15-07-2015, 15:08
Oxunub: 4 352
Bir neçə gündür ki, ölkə gündəmini tutan AZAL biletlərinin qiyməti ilə bağlı məsələ artıq öz həlllini tapmış sayılır.
“Qafqazinfo” xəbər verir ki, bu günün sonuna kimi AZAL rəsmi olaraq bütün istiqamətlər üzrə kəskin qiymət endirimlərini ictimaiyyətə açıqlayacaq.
Qurumdan daxil olan məlumata görə, hazırda prezidentin göstərişindən sonra bütün müvafiq dövlət qurumlarının iştirakı ilə AZAL-da başlayan təhlil-yoxlama-müqayisə işləri başa çatmaq üzrədir. Bir neçə saatdan sonra AZAL öz saytında Azərbaycandan bütün istiqamətlər üzrə qiymətlərin kəskin şəkildə ucuzlaşdığını elan edəcək və yeni qiymət cədvəli əhaliyə təqdim olunacaq.
Məlumat üçün bildirək ki, artıq AZAL-ın saytının da fəaliyyəti müvəqqəti dayandırılıb və sayt yeni qiymətlərlə işə düşəcək.
AZAL-dan o da bildirilib ki, qarşıdakı günlər üçün alınmış biletlər qaytarılıb yeni qiymətli biletlərlə dəyişdirilə bilər.
Hal-hazırda aviakassalar da fəaliyyətlərini müvəqqəti dayandırıb və yeni qiymətlərin açıqlanmasını gözləyirlər.
Mövzu diqqətimizdədir, yeni qiymətlər açıqlanan kimi sizə təqdim edəcəyik.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər