47 gün əvvəl yoxa çıxan poçt müdiri meşədən tapıldı
17-07-2015, 09:19
Oxunub: 1 197
İyunun 1-də evdən çıxan və bir daha geri qayıtmayan Salyan rayonu, II Varlı kənd poçt şöbəsinin müdiri Əyyub Cəfərov tapılıb
Bolgexeber.com virtualaz.org-a istinadən xəbər verir ki, Əyyub Cəfərov bu gün Siyəzən rayonunun Qalaltı kəndi yaxınlığındakı meşədə anlaqsız vəziyyətdə tapılaraq ailəsinə təhvil verilib.
Əyyub Cəfərovu itkin düşmüş sayıldığı 47 gün ərzində saqqal basıb. O, psixi xəstəyə çevrildiyindən başına gələnlər barədə sualları cavablandıra bilməyib. 53 yaşlı Ə.Cəfərovun axtarışları ilə yaxınları ilə yanaşı Salyan polisi də məşğul olurdu.
Kənd sakinləri Əyyub Cəfərovu sakit təbiətli bir adam kimi tanıdıqlarını, onun uzun müddət kənd icra nümayəndəliyində mühasib işlədiyini demişdilər.
Kənd sakinlərinin bildirdiyinə görə, Ə.Cəfərovun ayrı-ayrı şəxslərə və banklara üst-üstə 30 min manata yaxın borcu olub, amma bu borcları qaytara bilmirmiş. Bu səbəbdən keçirdiyi stress ucbatından hələ mart ayında onun səhhətində nevroloji problemlər yaranıb, dinib-danışmırmış, özünə qapanıbmış. Ev şəraitində müalicə də olunurmuş. İyunun 1-də isə yaxınlarına bir söz demədən evdən çıxıb və elə o vaxtdan da ondan bir xəbər yox idi.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət