Xaçmazdan Bakıya 2,55 manat olan bilet 4 manata satılır
24-07-2015, 14:52
Oxunub: 6 164
Rayondakı «mafiya» ildə 156 min manat pulu qazanmağın asan yolunu tapıb
Xaçmazdan Bakıya və əks istiqamətdə sərnişindaşımada biabırçı vəziyyət yaşanır. Daha doğrusu, vətəndaşların açıq şəkildə aldadılması adi normaya çevrilib.
Jam.az xəbər verir ki, Xaçmazdan Bakıya hər gün hər biri 30 nəfərdən ibarət olmaqla 10 mikroavtobus yola düşür. Taarif Şurasının müəyyən etdiyi qiymətlə bir bilet sərnişinə 2,55 manata satılmalı olduğu halda, Xaçmaz Avtovağzalında biletin qiyməti 4 manat təyin olunub.
Facebook istifadəçilərinin apardığı araşdırmaya görə, ortada 1,45 manatlıq fərq var və bu da gün ərzində 435 manatlıq «qazanc» deməkdir. Bir ay ərzində əlavə pullardan əldə olunan gəlirin məbləği 13500 manat, il ərzində isə 156, 6 min manat təşkil edir.
Mövcud vəziyyətin şahidi olanlar bildirirlər ki, Xaçmaz Avtovağzalında bibarıçılığa səbəb olan bir amil də vətəndaşların ələ salınması və ya onlarla qeyri-etik davranışlardır. Məsələn, bilet istənildiyində olduğu halda 2-3 saatdan sonra kassadan almağın mümkün ola biləcəyi deyilir. İsrar etdikdən sonra bilet tapılır və bir qədər də sərt davranıldığında 4 manata deyil, 3 manata satılır. Hətta bilet satanlar camaata minnət qoyaraq, 3 manata satdıqları biletin üzərinə guya, 1 manat da qoyub kassaya verəcəklərini deyirlər.
Bu prosesdən diqqəti çəkən əsas amillərdən biri vergidəyayınma və süni qiymət artımıdır. Maraqlıdır ki, uzunmüddətdir davam edən bu prosesə indiyə qədər heç bir müdaxilə edilməyib. Hətta vergi orqanları gəlib məsələni yerində araşdırmayıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər