“Azərboru“da aksiya ola bilər - Bu gün
27-07-2015, 11:22
Oxunub: 4 571
Fəhlələr maaşlarını ala bilməsələr etirazlarını bildirəcəklər
Xəbər verdiyimiz kimi, «Azərboru» ASC-nin işçiləri 3 aydır maaşlarını ala bilmirlər.
Həmin məlumatlarda vurğulanırdı ki, hətta Ramazan Bayramında fəhlələr əmək haqlarını alacaqlarına ümid edirmişlər. Lakin rəhbərlik onların bu arzularını da gözündə qoyub.
İşçilərin mətbuata verdiyi açıqlamada vurğulanırdı ki, 3 aydır maaşlarını ala bilmədiklərindən kredit götürdükləri bankla aralarında narazılıqlar yaranmağa başlayıb. «Kredit borcumuzu vaxtında ödəyə bilmədiyimizə görə bank tərəfdən narahat olunub əlavə gecikmə faizidə alırıq. Zavod rəhbərliyi zavodun inkşafı üçün ayrılmış pulları aidiyyatı üzrə xərcləməyib. Bütün işçilər bir aydan bir 67%-nən evə buraxılır. Aldığımız pul 120-167manat civarındadı. Çox vaxt pulu yarı-yarı verirlər. Onda da bilmirik bankı ödəyək, yoxsa, ailəmizə çörək alaq”.
Məktubda vurğulanır ki, əvvəllər zavodu zəbt edən idarə heyyəti yemək verirmiş: "Artıq 3 aydır yemək də verilmir. Zavodda ümumi işçilərdən 5% işçi saxlanılır işdə hal-hazırda, o da "BAKU STEEL COMPANY" şirkətinin sifarişlərini yerinə yetirmək üçün. Zavod rəhbərliyinin üzvü Oqtay adlı şəxs insanlar şikayət üçün bir yerə yığılanda deyir ki, kimə sərf eləmir, işləməsin. Aydındır ki, burda məqsəd insanları bezdirib, onları iş yerlərinin tərk etməyə sövq etməkdir. Lakin bu məqsəd özü hansı böyük başqa məqsədi güdür anlamırıq. Artıq bir qism insanlar işdən çıxıblar. Biz işləyə biliriksə, biz niyə işdən çıxmalıyıq? Zavodu işlədə bilməyənlər işdən çıxsınlar».
Jam.az xəbər verir ki, «Azərboru» ASC-nin maaş ala bilməyən fəhlələri artıq etirazlara da başlayıb. Məlumata görə, fəhlələr bu gün günorta saatlarına qədər əmək haqlarını ala bilməsələr, saat 16:30-da zavodun qarşısında toplaşaraq, etirazlarını bildirəcək və şikayətlərini edəcəklər. İşçilər bütün media nümayəndələrini də əraziyə dəvət ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər