Bölgələrdəki turizm obyektlərində qiymətlə bağlı araşdırmalar aparılacaq
29-07-2015, 18:38
Oxunub: 3 204
Azərbaycan Turizm Assosiasiyası (AzTA) yaxın zamanlarda bölgələrimizdəki turizm obyektlərində qiymət siyasəti ilə bağlı araşdırmalar aparacaq
Bolgexeber.com bildirir ki,bunu trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, monitorinqlər üç və dörd ulduzlu hotellərlə yanaşı, resort hotellər və istirahət mərkəzlərini də əhatə edəcək. Monitorinq zamanı həmin obyektlərin qiymət siyasətinin onun xidmət səviyyəsinə, eyni zamanda, hotellərin ulduz dərəcələrinə uyğunluğu da öyrəniləcək. Monitorinqlərin nəticələri əsasında həmin obyektlərin sahibkarlarına müəyyən tövsiyələr veriləcək.
M.Ağakərimov deyib ki, turizm xidmətləri sahəsində qiymət siyasətinin dəyişdirilməsi məqsədilə artıq AzTA tərəfindən Bakıda 60-dan çox hoteldə monitorinqlər həyata keçirilib: “Monitorinqlərin nəticəsində müəyyən olunub ki, Bakıda üç və dörd ulduzlu 25-30 hotel artıq qiymətlərini 15-30 faiz endirib. Bakıdakı digər hotellər də qiymət siyasətlərinə baxırlar”.
Assosiasiya rəsmisi bildirib ki, endirimlərdən sonra hotellərdə otaq nömrələrinin qiymətləri onların təsnifatına uyğun olaraq, bir nəfər üçün 40-60 manat arasında dəyişir.
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda, xüsusilə, bölgələrdə hotellərin qiymətinin baha olduğunu deyib: “İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. Hazırda Bakıda hotellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan hotellərin qiymətləri bahadır. Bölgələrdə, rayon yerlərində elə qiymətlər qoyurlar ki, heç adam oraya getmək istəmir”.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə