BolgeXeber.Com » Xəbərlər » Şəmkir DYP postunda Ərəbzəngi rolunu oynamaq istəyən kimdir? - ŞİKAYƏT VAR

Şəmkir DYP postunda Ərəbzəngi rolunu oynamaq istəyən kimdir? - ŞİKAYƏT VAR

30-07-2015, 12:10
Oxunub: 4 850 Şəmkir DYP postunda Ərəbzəngi rolunu oynamaq istəyən kimdir? - ŞİKAYƏT VARMisirov Qabil Vahid oğlu Şəmkir postundakı polis əməkdaşı Razim Orucovdan şikayətçidir

DYP əməkdaşının qanunsuz hərəkəti barədə Moderator.az - a növbəti şikayət məktubu daxil olub.

32 BC 001 nömrəli BMW markalı avtomobilin sürücüsü Misirov Qabil Vahid oğlu Şəmkir postundakı polis əməkdaşı Razim Orucovdan şikayətçidir.
Q. Misirov deyir ki, Göygöl rayonunda yaşayır və tez - tez yolu adıçəkilən postdan düşür. Heç bir səbəb olmadan həmin DYP əməkdaşı onun avtomobilini saxlayır, sənədləri dönə - dönə yoxlayır, bezdirici hərəkətlərlə onu emosionallığa, çılğınlıq göstərməyə təhrik edir. Dəfələrlə bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə şikayət etmək istəsə də hirsi soyandan sonra bu fikrindən daşınıb.
Amma bir neçə gün öncə təsadüfən ona məxsus avtomobili yaxın dostu idarə edərkən həmin postda yenə sanki sifarişli yoxlama prosesi təkrarlanıb, bu barədə dostu İ. Misirova zəng vuraraq ona vəziyyəti bildirib. Q. Misirov deyir ki, o dərhal başqa bir avtomobilə oturaraq hadisə yerinə gəlsə də buna qədər DYP əməkdaşı ilə dostu "dil tapır" və avtomobili DYP postundan götürərək Gəncəyə doğru hərəkət edir. Amma Q. Misirov bu cür minnətli razılamanı qəbul etmir və həmin posta gələrək Razim Orucovdan bir az öncə dostu ilə necə "dil tapmasını" soruşur, niyə kameranın altında olmasına baxmayaraq belə qanunsuzluq etdiyini bildirir və elə ordan da "102" xidmətinə zəng vuraraq şikayətini rəsmiləşdirir.
Amma bundan sonra da məsələ ilə bağlı hər hansı kəsərli addım atıılmır, yalnız Q. Misirov Göygöl DYP - yə dəvət olunaraq olayın necə bas verməsi dinlənilir, bununla da iş bitmiş hesab olunur.

Mövzuya qayıdacağıq və Baş Dövlət Yol Polisi İdarəsindən həmin polis əməkdaşı barəsində hansı tədbirin görülməsini öyrənərək oxucularla paylaşacağıq...
Bolgexeber.com