BolgeXeber.Com » Xəbərlər » Laçının təhsil şöbəsindən şikayət var - "Vəziyyətimiz olduqca ağırdır"

Laçının təhsil şöbəsindən şikayət var - "Vəziyyətimiz olduqca ağırdır"

31-07-2015, 15:41
Oxunub: 3 102 Laçının təhsil şöbəsindən şikayət var - "Vəziyyətimiz olduqca ağırdır"“Beş nəfərlik ailəmizin yerli Xudayar bəylərin pəncəsində məhv olmağına imkan verməyin”

Bu sözləri musavat.coma-a göndərdiyi müraciətdə Laçın rayon Ağbulaq kənd sakini, Ağcabədi rayonu Ağ göl ərazisindəki yerləşən Laçın rayon Ağ göl ümumi orta məktəbinin keçmiş müəllimi Vüqar Ağayarov yazıb.

Onun sözlərinə görə, özü də, həyat yoldaşı Sənəm Həsənova da 2004-cü ildən işlədikəri işdən qeyri-qanuni uzaqlaşdırılıblar: “Ağ göl ümumi orta məktəbində riyaziyyat müəllimi işləyirdim.Həyat yoldaşım eyni məktəbdə texniki işçi idi.Malik Vəliyev Laçın rayon təhsil şöbəsinə müdir vəzifəsinə təyin olunandan sonra məktəbimizin direktoru Hdayət İbrahimov onungöstərişi ilə yüksək dövlət qurumlarına qeyri-qanuni pul keçirdiyini və bunun üçün hər ay ona xüsusi miqradrda pul verəcəyimizielan elədi.Bu haqda əlimdə tutarlı maddi-sübutlar vardı və hələ də var. İş prosesinin mübahisəli gedişindəhəmin sübutları ictimailəşdirmək məcburiyyətində qaldım və Təhsil Nazirliyi tərəfindən Hidayət İbrahimov tutduğu vəzifədən azad edildi.”

V.Ağayarovun yazdığına görə direktor işindən azad edilsə də onları rahat buraxmayıb: “Bundan sonra təhsil şöbəsinin müdiri M.Vəliyev də, H.İbrahimov da mənə qarşı açıq düşmənçiliyəbaşladılar. 2014-cü ilin fevralında həyat yoldaşım Sənəm Ağayarova, 2014-ci ilinoktyabrından isə mən özüm işimdən qeyri-qanuni azad edildik. Üstəlik Hidayət İbrahivom yerli məmurlarla müəmmalı əlaqəyə girərək, məni şərlədi, onu döydüyüm haqda saxta sənədlər və qohum-əqrabadan ibarət yalançı şahidlər düzəldərək mənə bir il icbari iş kəsilməsinə nail oldu.Mən qanuni hüquqlarımdan istifadə edərək daha yüksək məhkəmələrə müraciət etdim”.

Keçmiş müəllim məhkəmə prosesini udsa da heç bir nəticə əldə edə bilmir: “Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 may 2015-ci il tarixli 1(102)-646/2015 nömrəli qərarı ilə haqqımda çıxarılanhökmləğv olunaraq Apelyasiya Məhkəməsinəqaytarılsa daheç bir əməli iş görülmür. Eyni zamanda həyat yoldaşım S.Ağayarovanın qalan əmək haqqısının ödənilməsi şərti ilə işinə bərpa edilməsi ilə bağlı Laçın rayon Məhkəməsinin 24 sentyabr 2014-cü il tarixli 2(047)-521/2014 nömrəli qətnaməsi icra olunmur. “

V.Ağaayarov daha sonra yazır:

“Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyevin daydaylıqetdiyi Hidayət İbrahimov və onun yaxın qohumlarıiş yerimizi, şəxsi əmlakımızı, məktəb yaxınlığında minbir əziyyətlə tikdiyimiz daxma və tövləniəlimizdən alaraq, hətta həyat yoldaşıma və 10 yaşlı oğluma fiziki zədələr yetirərək (bu barədə müvafiq sənədlər vardır) bizə ikinci dəfə məcburi köçkün həyatı yaşadıblar. Onlar Ağcabədi rayon polis şöbəsinin korrupsioner məmurları ilə gilzi əlaqədə olduğu üçün çoxsaylı şikayət və müraciətlərimiz də nəticəsizdir. Hüquqlarımızın müdafiəsi ilə bağlı heç bir iş görə bilmirik. Məhkəmə qərarlarının icra olnumadığı yerdə başqa hüquqlarımızın hansı səviyyədə pozulduğunu təsəvvür etmək elə də çətin deyil.

Barəmizdə aparılan istintaqın materiallarında və Malik Vəliyevin addımlarında elə absurd qanunsuzluqlar var ki, baxanları gülmək tutur. Təkcə bir faktı qeyd edim ki, haqqımda aparılan saxta cinayət işində həyat yoldaşımı mənim əleyhiməşahid kimi göstəriblər. Bu fakt Ali Məhkıəmədə açılanda ordakılar da təəccüblərini gizlədə bilməyib gülüşdülər. Belə səriştəsiz, bisavad məmurların əlində məhv olmağı adam heç cür şəxsiyyətinə sığışdıra bilmir.

Hörmətli redaksiya!
Vəziyyətimiz olduqca ağırdır. Beş nəfərlik ailəmiz bu gün faktiki olaraq küçələrdə, qohum-əqrəba qapsında ac-susuzdur. Siz deyin, mən neyləməliyəm? Bəlkə səfirliklərə müraciət edib başqa ölkələrdən sığınacaq istəyim? Ancaq, məşhur atalar sözündə deyildiyi kimi, ümid sonda ölür. Yenə dəölkəmizdə, o cümldən mən çalışdığım təhsil sistemində insaflı, ədalətli, qanunlarahörmətlə yanaşan insanların var olduğuna əminəm. Ona görə məsələni ictimailəşdirməklə aidiyyatı insanlardan kömək gözləyirəm. Beş nəfərlik ailəmizin yerli Xudayar bəylərin pəncəsində məhv olmağına imkan verməyin”.
Bolgexeber.com