7 manatlıq dərman 61 manata satılır...- Qərardan əvvəl və sonrakı qiymətlər
31-07-2015, 18:50
Oxunub: 4 975
Xəbər verdiyimiz kimi, dünən Tarif Şurası daha çox tələbat olan 250-dən çox dərmanın qiymətini təsdiq edib.
Bolgexeber.com Azadliq Radiosuna istinadən xəbər verir ki, həmin dərmanlardan 20 faizinin qiyməti 3, 40 faizinin qiyməti isə 2 dəfədən çox enib. Qiymətlər sentyabrın 15-dən qüvvəyə minəcək.
Qiymətlərə nəzər salanda hazırkı qiymət ilə endirilmiş qiymətlər arasında çox böyük fərq olduğu görülür. Məsələn, Rusiya istehsalı olan “Amlotop” hazırda 10-13 manata satılır – bundan sonra 1 manat 7 qəpiyə satılacaq. Macarıstan istehsalı, 5-7 manata olan “Kardolopin” 1 manat 6 qəpiyə satılacaq. ABŞ istehsalı olan “Liprimar”ın indiki qiyməti 25-31 manatdır. Ancaq 3 manata satılacaq. Qiyməti 7 manat müəyyən edilmiş Ukrayna istehsalı olan “Proneyro” 51-61 manata, yaxud Argentina istehsalı olan “Qaston” preparatı apteklərdə 13-17.50 manata satılır. Tarif Şurası “Qaston”-un pərakəndə satış qiymətini 1 manat 50 qəpik məbləğində müəyyənləşdirilib və s.
Ümumilikdə, ən çox qiymət fərqi Macarıstan, Kipr, Misir və Argentina istehsalı olan dərmanlarda özünü göstərib. İtaliya və Almaniya kimi iri əczaçılıq məhsulları istehsal edən ölkələrin dərman vasitələrinin qiymətində nisbətən az dəyişiklik baş verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər