Bakı-Sumqayıt-Bakı qatarına biletin qiyməti 1 manatdan ucuz olacaq
3-08-2015, 18:38
Oxunub: 5 069
İlkin mərhələdə Bakı-Sumqayıt-Bakı dəmir yolu xətti ilə 20-30 min sərnişin daşıyacağıq
Sentyabrın 15-dək istismara verilməsi nəzərdə tutulan Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarına biletin qiymətini çalışacağıq ki, bu istiqamətdə hərəkətdə olan avtobuslardakı qiymətlərdən xeyli ucuz edək
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində məlumat verib. O bildirib ki, bizim üç əsas arqumentimiz var. Bunlar da qiymətlərin ucuz, sərnişinlərin rahatlığının təmin edilməsi və vaxt itkisinin maksimum az olmasını təmin etməkdir.
O, Bakı ilə Sumqayıt arasında avtomobil yollarında hərəkət edən maşınların sayının 259 min olduğunu deyib. Bildirib ki, bu istiqamətdə hərəkətdə olacaq dəmir yolundan istifadə edəcək şərnişinlərin sayı ümumilikdə 100 mindən çox təşkil edəcək. İlkin mərhələdə dəmir yolu ilə təxminən 20-30 min insan daşınacaq. “Bu gün insanlar Bakı-Sumqayıt arasında təxminən 1-1,20 manat xərcləyirlər. Amma biz tarifləri xeyli ucuz edəcəyik, həmçinin də təxminən 1 saatlıq vaxt itkisi aradan qalxmış olacaq ”, - deyə C.Qurbanov bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər