BolgeXeber.Com » Xəbərlər » Bakıda sərnişini yıxılıb ölən avtobusun sürücüsünü həbs etdilər

Bakıda sərnişini yıxılıb ölən avtobusun sürücüsünü həbs etdilər

4-08-2015, 14:18
Oxunub: 3 214 Bakıda sərnişini yıxılıb ölən avtobusun sürücüsünü həbs etdilər “Kəllə-beyin travması” diaqnozu ilə xəstəxanaya yerləşdirilən X.Sadıxova həmin gün orada vəfat edib

Xəbər verildiyi kimi avqustun 2-də paytaxtın Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 39 saylı marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı avtobus hərəkətdə olarkən qabaq qapısı açıq olduğundan sərnişin – Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılmışdı. “Kəllə-beyin travması” diaqnozu ilə xəstəxanaya yerləşdirilən X.Sadıxova həmin gün orada vəfat edib.
Bolgexeber.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun birgə məlumatına görə, faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
T.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilməklə sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən aidiyyəti şəxslərin hüquqi məsuliyyət məsələsi araşdırılır.