Qusarda sərxoş diş həkimi xəstəsinin 8 dişini birdən çəkdi
6-08-2015, 13:58
Oxunub: 6 235
Fürsəti fövt eyləməz aqil, məgər nadan ola"...
Əyyami-qədimdə, təxminən iki əsr əvvəl Bakıda yaşadığı deyilən baqqal Hacı Rüstəm belə deyərdi. O Hacı Rüstəm ki, günlərin birində gedər ağrıyan dişini çəkdirməyə, ona da deyərlər ki, bəs dişin birinin çəkilməsi bir abbasıdır. Yəni 20 qəpik. Amma iki diş çəkdirsə, qiymət 17 qəpiyə düşür. Hacı Rüstəm də xeyli tamahkar və bir o qədər də hiyləgər adam olduğundan, qənaət fikrinə düşür, 6 dişini çəkdirir və sonra da deyir: "Dişimi bir abbasıya çəkməyə razı olmadı, mən dişin birisini ona on yeddi qəpiyə çəkdirdim. Bundan sonra qiyamətədək Hacı Rüstəm onun yadından çıxmaz".
Əbdürrəhim bəy Haqverdiyevin "Diş ağrısı" hekayəsindəki vaqeə indi Azərbaycanda təkrarlanıb.
Qusar rayonunda sərxoş kişi ağrıyan dişini çəkdirmək üçün stomatoloq yanına gedir. Həkimə həmin dişin çəkilməsini xahiş edir. Sən demə, diş həkimi özü də sərxoş olur və həmin xəstənin 8 dişini çəkir. Sərxoş xəstə səhər ayılanda isə dişlərinin çıxarıldığını görüb birbaşa polisə müraciət edir. Həkim tutularaq barəsində cinayət işi başlanır.
O, Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127-ci) maddəsi ilə azadlıqdan məhrum edilir.
Rayon Polisindən faktı təsdiqləsələr də, həkimin və zərərçəkmişin adını öyrənmək mümkün olmadı.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər