BolgeXeber.Com » Xəbərlər » “CityNet”dən şikayət

“CityNet”dən şikayət

7-08-2015, 17:22
Oxunub: 6 353 “CityNet”dən şikayət“CityNet”- internet provayder şirkətində özbaşınalıq, müştəriləri aldatma, keyfiyyətsiz xidmət hökm sürür.

BOLGEXEBER.COM Qafqaz Xəbər Agentliyinə istinadən bildirir ki, abunəçi “CityNet” şirkətinin reklamına aldanaraq öz mənzilinə bu şirkətin internetini 2015-ci ilin mart ayının sonlarında çəkdirib.

Çəkiliş zamanı 29 AZN modem (TP-link) pulu ödənilib və 6 aylıq zəmanət (qarantiya) verilib. “CityNet” tərəfindən vaxt keçdikcə aşağı sürətli internet verilir,vaxtaşırı tamamilə kəsilir. 4 aydan sonra “CityNet” şirkətinin zəmanət verdiyi modemi xarab olub.

Müştəri şirkətə müraciət edir və o zaman “CityNet”-in Şərifzadə küçəsində yerləşən müştəri xidməti mərkəzinə dəvət edilir: "“CityNet”-ə gedərək, problemi Vadim adlı əməkdaşa söylədim. Bundan əvvəl isə operator xanım, modem və ödəniş qəbzini gətirib gəlməyimi demişdir. Vadim müəllim modemin orasına-burasına baxıb dedi ki, xarab olub ancaq qutusunu verməsən götürməyəcəklər. Mən ondan soruşdum ki, modem sistemi sizindir, ödəniş qəbzi bu modema görə ödənilib və zəmanət müddəti də qüvvədədirmi? Vadim müəllim cavab verdi ki, bəli bizimdir.

Dedim, onda götür təzəsi ilə əvəz et. Cavab verdi ki, dəyişə bilmərəm, müdir sabah saat 11:00-da sizə zəng edəcək, ona deyərsiz iradlarınızı. Səbrimi toparlayıb qayıtdım geri, sabahı gözlədim. Saat 11-ə kimi heç kim zəng etmədi, özüm yığdım.
Bir xanım cavab verdi, yenidən bütün problemi başa saldım, həmin sözü dedi , “ Qutusu lazımdı” . Yenə getdim CityNet-ə. Müdirlə görüşüb narazılığımı bildirmək istədim, dedilər ki, müdir burda oturmur (Dünən isə burda otururdu). Müdirin niyə mənimlə əlaqə saxlamadığını soruşduqda, əməkdaşlar təəccüblə “Necə, zəng vurmayıblar ki?” dedilər.
Etirazımı bildirdim və “CityNet” ın xidmətindən istifadə etməyəcəyimi dedim və ödənilmiş və işlədilməmiş bir aylıq abunə haqqını -18 AZN məbləğini geri istədim. Dedilər ki, mümkün deyil, pul geri qaytarılmır. Axı necə istifadə olunmamış xidmətə görə pul tutmaq olar. Dedilər ki, gedin şəbəkəni bir başa modemsiz noutbuka qoşun !!!! Baxdım xanıma və bu şirkətin necə aşağı səviyyəli olduğunu anladım. Axı evdə noutbukdan başqa, İPad, mobil telefonlar və s.var ki, Wifi ilə işləyir. Bütün səbrimi və hirsimi cılovlayaraq “CityNet”-dən çıxdım, və bir daha bura geri dönməyəcəyimə əmin oldum.