Ağalarov Rusiya hökumətini uddu - 1,1 milyard
10-08-2015, 12:16
Oxunub: 4 527
Azərbaycan əsilli milyarder Araz Ağalarovun şirkəti “Crocus Group” Rusiyanın Regional İnkişaf Nazirliyindən 1.1 milyard rubl alacaq. Bolgexeber.com "Vedomosti"yə istinadən xəbər verir ki, Doqquzuncu Arbitraj Məhkəməsi Moskva Arbitraj Məhkəməsinin qərarını dəyişməyib
Qeyd edək ki, Araz Ağalarov Regional iİkişaf Nazirliyindən 1.4 milyard rubl tələb etmişdi.
Ağalarovların sahibi olduğu “Crocus Group” şirkəti nazirliyin qismində Rusiya dövlətinə qarşı məhkəmə iddiası qaldırıb.
İddiaya əsasən şirkət Rusiya hökumətinin sifarişi ilə Uzaq Şərq Universiteti kompleksini inşa edərkən ayrılan vəsait işləri başa çatdırmağa kifayət etməyib və “Crocus Group” ziyana düşüb. İşə Moskvanın Arbitraj Məhkəməsi baxıb və Azərbaycan əsilli milyarderin lehinə qərar verib.
Vladivostok yaxınlığındakı Rus adasında inşa edilən nəhəng universitet kompleksi prezident Vladimir Putinin şəxsi nəzarətində olan layihə idi və bu kompleksin inşası Ağalarovun şirkətinə həvalə edilmişdi. Ümumi sahəsi 4 milyon kvadratmetr olan obyekt 2012-ci ildə istifadəyə verilib.
Tikintiyə büdcədən 2 milyard dollara yaxın vəsait sərf edilib. Buna baxmayaraq podratçı şirkət əlavə xərclərin meydana çıxması üzündən ziyana düşüb.
Ağalarov müsahibələrində dəfələrlə deyib ki, bu layihə onun şirkətinə heç bir mənfəət gətirməyib, əksinə, ziyanla başa gəlib. Rusiya hökuməti ziyanı kompensasiya etmək üçün “Crocus Group”a Rus adasında ərazi təklif etsə də iş adamı orada daşınmaz əmlak biznesinin kommersiya perspektivlərinin olmadığını görərək təklifi qəbul etməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər