BolgeXeber.Com » Xəbərlər » Yasamalda yaşıllığı hədəfə alan qatillər geri çəkilməyibmiş... - Sakinlər həyəcan təbili çaldı(FOTO)

Yasamalda yaşıllığı hədəfə alan qatillər geri çəkilməyibmiş... - Sakinlər həyəcan təbili çaldı(FOTO)

11-08-2015, 12:51
Oxunub: 4 407 Yasamalda yaşıllığı hədəfə alan qatillər geri çəkilməyibmiş... - Sakinlər həyəcan təbili çaldı(FOTO)Bir neçə ay əvvəı Yasamalda yaşıllıq sahəsinin məhvinə həmin ərazidə yaşayanların kütləvi şəkildə etiraz etməsi olaya səbəb olmuşdu

Vəziyyət o həddə çatdı ki, hətta yuxarı instansiyalar da müdaxilə edərək, yaşıllığı məhv edənləri cəzalandırdı. Amma görünür ki, bu müvəqqəti imiş...

DİA.AZ xəbər verir ki, yenidən eyni ərazidə naməlum şəxslər görünməyə başlayıb və yenə də eyni ərazini hasarlamaşa çalışırlar. Bu barədə həmin ərazinin sakini olan tanınmış politoloq Elxan Şahinoğlu özünün "facebook" səhifəsində yazıb.

Politoloqun qeydini təqdim edirik:

"Qatillər yenə gəliblər. İnsanların məzuniyyətdə olmalarından istifadə ediblər. İki il öncə qonşuları ayağa qaldırdıq, Mirəli Seyidov küçəsində (Yasamal Bayraq meydanının 5 metrliyi) tikinti aparmaq istəyənlərə "yox" dedik. Buna qədər bir ay ərzində xain kimi gecələr 50-60 yaşlı ağacları kəsmişdilər. Ardına imkan vermədik. Müqavimət göstərdik (polisə belə aparıldıq), Prezident də olaya reaksiya verdi, Ekologiya Nazirliyi ağacları kəsənlərə 40 min cərimə yazdı. Jurnalist həkamlarım da bu mübarizədə bizə dəstək oldular. Bundan sonra qonşularla iməcilik keçirib ağaclar əkdik. Düşünmək olardı ki, məsələ bitdi, bu böyüklükdə reaksiyadan sonra bir kimsənin həmin ərazidə növbəti ağac qətlaimı həyata keçirib ərazini işğal etməyə cürəti çatmaz...

İndicə rus qonşum mənə zəng edib dedi: "Elxan yenidən ərazini hasarlayırlar, yəqin hasarlamanı tamamladıqdan sonra ağacları da kəsəcəklər. Bəs axı məsələyə Prezident Administrasiyası və Ekologiya Nazirliyi kəskin reaksiya vermişdilər, cərimələmişdilər, televizyalar göstərmişdi. Yəni, bunların heç bir təsiri olmadı?". Heç bilmirəm bu suala necə cavab verim"...

Mövzunu gündəmdə saxlayacağıq...
Yasamalda yaşıllığı hədəfə alan qatillər geri çəkilməyibmiş... - Sakinlər həyəcan təbili çaldı(FOTO)
Yasamalda yaşıllığı hədəfə alan qatillər geri çəkilməyibmiş... - Sakinlər həyəcan təbili çaldı(FOTO)