BolgeXeber.Com » Xəbərlər » Bakıda kişi qadını intihardan xilas etdi – VİDEO, FOTO

Bakıda kişi qadını intihardan xilas etdi – VİDEO, FOTO

11-08-2015, 15:23
Oxunub: 3 101 Bakıda kişi qadını intihardan xilas etdi – VİDEO, FOTOQonşu FHN işçilərini qabaqladı

Bakının Nizami rayonunda gənc qadın çoxmərtəbəli evin 5-ci mərtəbəsindən özünü atmağa çalışıb.

Bolgexeber.com minval.az-a istinadən xəbər verir ki, naməlum qadının R.Rüstəmov k.-də intihar etmək istədiyi barədə məlumat FHN-ə saat 13.45-də daxil olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər qadının pəncərə məccərindən asılaraq qaldığını görüblər.

FHN əməkdaşları 5-ci mərtəbəyə qalxsalar da mənzilin qapısı bağlı olub.

Qonşulardan biri qonşu eyvandan qadının yaşadığı evə keçərək qadını yuxarı qaldırmağa nail olub. Yanğınsöndürənlər intihara cəhd edən qadını təcili yardım əməkdaşlarına təhvil veriblər.
Bakıda kişi qadını intihardan xilas etdi – VİDEO, FOTO