Polisdən Ramil Usubova şikayət
12-08-2015, 13:30
Oxunub: 4 610
"Iyulun 27-də evə məktub gəldi və məktubdan bəlli oldu ki, həmin ”qayda pozuntusuna" görə 54 manat cərimə olunmuşam"
Paytaxt sakini Cahangir Əlibəyzadə polisdən şikayətçidir. Qaynar.info xəbər verir ki, o, iyulun sonlarında redaksiyamıza yolladığı məktubda bu ayın əvvəlində yol polisinin onu aldatdığını bildirir:
“İyulun 6-da səhər saat təxminən 10.00 radələrində Tiflis prospektindən Şəfaət Mehdiyev küçəsinə dönərkən yol polisi mənim maşınımı saxladı. O, piyada keçidi olmayan yerdə piyadaya yol vermədiyimi əsas gətirib protokol yazdı. Mən bununla razılaşmayıb protokola imza etməyəcəyimi, eyni zamanda protokola qeydlərimi yazacağımı bildirdim. Kiçik çavuş Xalid Idrisli bunun problem olmadığını dedi və mənim mobil nömrəmi götürdü. Bildirdi ki, 10 gün müddətində mənə zəng olunacaq, mən Bakı Şəhər Baş Dövlət Yol Polisi Idarəsinə çağırılacam və şikayətimə orada baxılacaq. Aradan bir həftə keçəndən sonra təsadüfən həmin ərazidə mənə protokol yazan polisi gördüm və heç kimin zəng vurmadığını bildirdim. O da yenə mənə narahat olmamağı və zəngi gözləməyi məsləhət bildi. Iyulun 27-də evə məktub gəldi və məktubdan bəlli oldu ki, həmin ”qayda pozuntusuna" görə 54 manat cərimə olunmuşam".
Şikayətçi qəzet vasitəsilə bir daha daxili işlər naziri Ramil Usubova müraciət edir, problemin ədalətli həllində köməyini əsirgəməməsini istəyir.“Azadlıq” qəzeti
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər