Baş redaktoru ölümlə hədələdilər
12-08-2015, 19:27
Oxunub: 4 237
"Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər ölümlə hədələnib
Bu barədə baş redaktor öz facebook profilində yazıb.
Mediaya müraciət edən A.Ələsgər bu barədə hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini bildirib:
"Hörmətli media mənsubları! Mən həyatıma ciddi təhlükə yaranmasaydı, heç vaxt sizə müraciət etməzdim. Azərbaycandakı radikal dinçilərdən Əlixan Musayevlə bağlı Yenicag-da yayımlanan yazıdan sonra özünü Vəli Şükürov kimi təqdim edən şəxs gecə saat 23.14-də zəng edərək “ikinci dəfə qəzaya düşər və sağ çıxa bilməzsən, ölüm səni hər an haqlaya bilər” deyə, hədələmişdir. Bu şəxs “get hara şikayət edirsən et” deyərək, açıq kontekstdə öldürülməklə təhdid etmişdir. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və hüquq mühafizə orqanlarına təqdim etməyə hazıram.
Mən dünən gecədən etibarən bu şəxsi araşdırdım, öncə bunun sözlü təhdid olduğu qənaətindəydim ki, buna alışmışıq. Lakin bu şəxsin Əlixan Musayev adlı radikal dinçinin çox yaxını olduğunu və ona görə istənilən addımı ata biləcəyini öyrəndim. Özümün və ailəmin təhlükəsizliyi üçün hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm. Çünki bu gün jurnalistləri öldürmək üçün təcrübəli qanqsterlərə ehtiyac yoxdur, 20-21 yaşlı üç beş gəncin beynini yumaq kifayətdir.
Bu arada yaxın dostlarıma mesaj göndərərək, “Aqil Ələsgərə de ki, Allah onun bəlasını verəcək” yazırlar. Xahiş edirəm bu məsələdə yardım edin".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər