BolgeXeber.Com » Xəbərlər » «McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru prezidentə müraciət etdi

«McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru prezidentə müraciət etdi

13-08-2015, 10:50
Oxunub: 1 085 «McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru prezidentə müraciət etdi"İcra hakimiyyətinin başçısı dövlətin ona veridiyi vəzifədən sui-istifadə edərək məhkəmələrə təsir göstərərək oğlunun vəziyyətini yüngülləşdirmişdir"

«McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyev prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı müraciəti musavat.com-un ünvanına göndərib. Həmin müraciəti təqdim edirik.
«Hörmətli Cənab Prezident!
Bakı Apellyasiya Məhkəməsi ədalət mühakiməsini bir məmurun sifarişinə qurban vermişdir. Ədalət muhakiməsini Bakı Apellyasiya Məhkəməsində həyata keçirən Vaqif Mursaqulovun sədrliyi ilə məhkəmənin qəbul etdiyi qərar insanlarda ədalətə olan inamı öldürməklə bərabər, qanun qarşısında hamının bərabər olmadığını da göstərir.
Mən oğlum Sənanı 27 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri Türkan-Zığ yolunda sürücülük hüququ olmayan Əskərli Ilham Asif oğlunun arxadan yüksək surətlə idarə etdiyi MERSEDES BENZ S 500” markalı 90 AR 819 dövlət qeydiyyat nişanlı avtomobili Süleymanov Əhliman Qəhrəman oğlunun idarə etdiyi “HOWO” markalı 90 TC 469 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinə vurması nəticəsində itirmişəm.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə yol-nəqliyyat hadisəsinin əsas səbəbkarı Əskərli İlham Asif oğlu AR CM-nin 263-1.3.-cü maddəsəi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə, Suleymanov Əhliman Qəhrənman oğlu isə AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2015-ci il tarixli qərarı ilə yuxarıda göstərsdiyim hökm Əskərli İlham Asif oğlu barəsində dəyişdirilmiş, onun barəsində sanksiyada nəzərdə tutulmayan yüngül cəza təyin edilmişdir.Cəzası 3 ilə endirilmişdir.
Baxmayaraq ki, digər təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddə Əskərli İlham Asif oğlunun təqsirli bilindiyi maddədən yüngül olsada Əskərli İlhamın atası Səbail rayon İcra hakimiyyətinin başçısı dövlətin ona veridiyi vəzifədən sui-istifadə edərək məhkəmələrə təsir göstərərək oğlunun vəziyyətini yüngülləşdirmişdir.
Hazırda Əskərli Asif oğlunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssissinə yerləşdirmişdir ki, cinayətkar oğlu cəza cəkməkdən də azad olsun.
Hörmətli Cənab Prezident!
Diqqətinizə görə səmimi və dərin minnətdarlığımı bildirərək, Konstitusiyada təsbit edilən hüquqlarımın qarantı və qanunçuluğun təminatçısı kimi Sizə müraciət edirəm və Sizdən xahiş edirəm oğlumun ölümündə təqsirli olan Əskərli İlham Asif oğlunun barəsində Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərardan kassasiya protestinin verilməsini, Ali Məhkəmədə qanuni və ədalətli cəzanın verilməsini nəzarətə götürəsiniz.Xahiş edirəm Əskərli İlham Asif oğlunun vaxtından əvvəl cəza cəkməkdən azad edilməsinə yol verməyəsiniz.
Öncədən ailəmin çətin və ağır günlərində dəstəyinizə görə minnətdarlığımı bildirirəm.