BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda turistlərlə bağlı yeni təklif (VİDEO)

Azərbaycanda turistlərlə bağlı yeni təklif (VİDEO)

13-08-2015, 11:06
Oxunub: 3 452 Azərbaycanda turistlərlə bağlı yeni təklif (VİDEO)Hostellərin inkişafı etdirilməsi ölkəyə gələn turistlərin sayını artıracaq

Ölkəyə turist axınını gücləndirmək üçün yeni təklif irəli sürülür.

ANS TV-nin məlumatına görə, bu gün ölkəyə təşrif buyuran qonaqları qəbul etmək üçün xidmət səviyyəsindən asılı olaraq, müxtəlif otellərin və motellərin olması məlumdur.

Bu otellər də nəinki ulduzlarına görə, eyni zamanda qiymətinə görə də bir-birindən fərqlənir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycana gələnlərin hamısı cibi dolu pul ilə gəlmir. Onlar arasında az təminatlı turistlər də yer alır. Bu tipli qonaqlar da ölkəyə gələndə ulduzlu otellərə deyil, qalmaq üçün daha ucuz məkanlar axtarır.

Avropada bunun üçün hostellər, yəni müasir yataqxanalar xidmət göstərdiyi halda, bizdə bu tipli yaşayış tikililəri demək olar ki, yox səviyyəsindədir.

Düzdür bu gün hostellərdən fərqli olaraq az ulduzlu, ulduzsuz otellərin, motellərin olmasına və ya yenilərinin tikilməsinə rast gəlmək olur.

Mütəxəssislər bu sahəyə marağın az olmasını birinci növbədə ölkəyə gələn turistlərin əksəriyyətinin, bahalı və elitar turistlərdən təşkil olunmasıdır. Onların da ödəmə qabiliyyəti yüksək olduğundan hostellərə maraq elə də yüksək deyil.

“Hostellərin inkişafı etdirilməsi ölkəyə gələn turistlərin sayını artıracaq. Bundan udan isə turizm sahəsi olacaq. Eyni zamanda hostellərdə qalan turistlər digər xidmətlərdən istifadə etməklə əlavə vəsait xərcləyəcəklər. Bu da imkan verəcək ki, ölkə iqtisadiyyatı artan turist sayından gəlir əldə edə bilsin” – deyə ekspert Vüqar Bayramlı bildirib.

Aparılan araşdırmalara görə, bir çox Avropa ölkələrində hostellərdə məskunlaşanların sayı bəzən motel və hotellərdə yaşayanlarla bərabər olur. Eyni zamanda sahibkarlar da bu tikililərin inşa edilməsinə çox maraq göstərir. Bunun da əsas səbəbi onların tikilməsi, lazımı avadanlıqla təmin olunması, vergidən bir müddət azad edilməsi və ən əsası sənədləşmə işinin asan başa gəlməsilə əlaqədardır.

Misal üçün, bu gün Nyu-Yorkda hosteldə qalmaq 10 dollar, İstanbulda 7 dollardısa, Azərbaycanda olan hostellərdə bir gün 20-25 dollar arasında dəyişir. Bu da ki, moteldə qalmaqla bərabər tutulur.

“Hostel turizmin inkişaf etdirilməsi, eyni zamanda da sahibkarların gəlir əldə edilməsi baxımından olduqca çox vacib sahələrdən biridir. Çünki, hostellərə çəkilən xərc həm azdır, həm də bu sahəyə maraq yüksəkdir. Turis yalnız ölkəni görmək üçün səfər edir. Sadəcə olaraq hostel turistə yatmaq üçün lazımdır” , - deyə Vüqar Bayramlı qeyd edib.

Statistik məlumatlara görə, il ərzində ölkəyə müxtəlif təbəqədən olan 2 milyon 400 min turist gəlir ki, onlarda müxtəlif ulduzlu otellərdə və ya motellərdə qalırlar.

Mütəxəssislərin fikrincə, ölkədə müasir standartlara cavab verən, ən əsası münasib qiymətə təklif olunan yataqxanaların sayı artsa, ölkəyə gələn az təminatlı turistlərin sayında his ediləcək qədər dəyişikliyi görmək mümkün olacaq.
Bolgexeber.com