BolgeXeber.Com » Xəbərlər » Suraxanıda məmur zülmü və intihar: başçı yola salınır

Suraxanıda məmur zülmü və intihar: başçı yola salınır

13-08-2015, 13:02
Oxunub: 3 541 Suraxanıda məmur zülmü və intihar: başçı yola salınırSuraxanıda məmur zülmü ərşə dirənib

İcra başçısı İlqar Abbasovun irtica siyasəti nəticəsində total haqsızlıq hökm sürür. Bunun nəticəsidir ki, təkcə bir həftədə iki hadisə baş verib.
Zığ qəsəbəsində aksiya keçirilib, bir nəfər isə özünü yandırıb. Rayonun elə bir qəsəbəsi, yaşayış məntəqəsi yoxdur ki, problemlərlə aşıb-daşmasın.
TİA.AZ-ın apardığı araşdırmalar göstərir ki, İ.Abbasov artıq cinayət dosyesi ilə qovluqda yer alıb. Onun rəhbərlikdən azad edilməsi, Suraxanı icra hakimiyyəti postuna yeni təyinat olması mümkün görünür.
Etibarlı qaynaqlar da icra başçısı üçün “əcəl zəngi” çalındığını xəbər verir. Mənbə iddia edir ki, Suraxanıda baş verən özbaşınalıqlardan ölkə rəhbərliyinə məruzə olunub, İ.Abbasov haqda materiallar təqdim olunub.


Məlumata görə, hazırda məzuniyyətdə olan İlqar Abbasov yaxın vaxtlarda vəzifəsini itirəcək. Bu barədə məlumatlı olan İlqar Abbasovun hara təyin olunacağı ilə bağlı hələlik heç bir bilgi yoxdur.

Məlumatda qeyd olunur ki, İlqar Abbasov icra başçısı kimi yuxarı dairələrdə inamlı ad və iş formalaşdıra bilməyib. Bu səbəbdən də onun hansısa rayona icra başçısı təyin edilməsi gözlənilmir.

Belə ki, 1-ci Avropa Oyunları ərəfəsində aparılan təmir-tikinti işləri zamanı Suraxanı rayonunun baxımsız və nəzarətsiz olduğu ortaya çıxıb. Ayrılan pulların hara xərclənməsi ciddi müzakirə mövzusu olub.

Nəticədə qərara gəlinib ki, Avropa Oyunları məşəlinin Atəşgahdan aparılması xəttinə düşən ərazinin təmir-tikinti işləri ATEF şirkətinin rəhbərinə həvalə olunub. Bir sözlə, İlqar Abbasov bu işlərdən kənarda saxlanılıb.

Bəzi qohumluq əlaqələrinə arxayın olaraq rayona nəzarəti itirən İlqar Abbasovdan yuxarı instansiyalara saysı-hesabsiz şikayət məkltubları göndərilib. Məktublar arasında əsasən fərdi evlərin tikintisi zamanı alınan rüşvət halları qeyd olunur.

Belə ki, Yeni Suraxanı və Hövsan qəsəbəsəindən daxil olan şikayət məktublarında fərdi evlərin tikintisinə icazə almaq üçün vətəndaşlardan İlqar Abbasovun adından 3-5, 10-15 min manat rüşvət istənildiyi qeyd olunur. Bu işlərlə əsasən kənd icra nümayəndələrinin rəhbərləri və İlqar Abbasovun adamı kimi tanınan şəxslər nəzarət edir.

Məsələn Hovsan qəsəbəsində konkret faktlar mövcuddur. Hovsan kənd icra nümayəndəsinin Ağasəlim və Daşqın adlı şəxsləri hovsanda fərdi ev tikmək istəyən şəxslərdən 4-5 min manat rüşvət istəyir… Polislə əl-bir işləyən bu şəxslər vətəndaşı hətta polislə qorxudur da…
Bütün bunların fonunda İlqar Abbasovun Suraxanı rayonunda qalması mümkünsüz olub. Bu səbəbdən də onun postdan salınması realdır…
Və nəhayət, Bakıda intihara cəhd olub. Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 42 yaşlı Ayaz Fikrət oğlu Hüseynov üzərinə benzin tökərək özünü yandırmaq istəyib.
Hadisə yerində olan insanların müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb. Özünü yandırmaq istəyən şəxs polis tərəfindən saxlanılıb. İddialara görə, həmin şəxs məmur zülmündən cana doyaraq ölümü seçib. Faktla bağlı araşdırma aparılır.

Avqustun 12-də isə bir qrup Zığ qəsəbəsi sakini etiraz aksiyası keçirdi. Onlar sürüşmə zonasındakı evlərinin taleyi ilə bağlı aidiyyəti qurumlardan açıqlama tələb edirdilər. Zığ qəsəbəsinin sakinləri Prezident Administrasiyasına yollanıblar. Administrasiyadan isə bildiriblər ki, onları baş nazirin müavini Abid Şərifov qəbul edəcək. Lakin narazı sakinlər Abid Şərifov tərəfindən qəbul edilməyib. Mövzunu diqqətdə saxlayacağıq.
Suraxanıda məmur zülmü və intihar: başçı yola salınır