Borclu kişi əsəbiləşdi, "Nikoil Bank"ın qarşısında polisi yandırdı
15-08-2015, 11:48
Oxunub: 4 915
Bakıda banka borcu olan kişi qəzəbini polisdən çıxıb
Bakıda banka borcu olan kişi qəzəbini polisdən çıxıb. O, borcuna görə əvvəl özünü öldürmək istəyib, sonra isə polisə od vurub.
Bir ay əvvəl Hacıqabul sakini, 36 yaşlı Niyaz Müzəffərovun "AzSamand" markalı avtomobilini "Nikoil Bank" borca görə əlindən alıb. Hiddətlənən N.Müzəffərov ötən gün əlində içərisində benzin olan plastik qabla bankın Nəsimi rayonu, Puşkin küçəsi, 30 ünvanında yerləşən binasına gəlib. Bankda xidmət aparan 22 yaşlı mühafizə polisi Elgün Əsədov onun qarşısını almaq istəyib.
Polis serjantı N.Müzəffərovun əlində olan plastik qaba təpiklə vurduqda benzin elə öz üzərinə dağılıb. N.Müzəffərov isə əlində olan alışqanı yandıraraq polis nəfərinin üstünə atıb. Polis yanmağa başlayıb.
Onu söndürərək yaxınlıqdakı Dəmir Yol Xəstəxanasına çatdırıblar. Sifətin I və II dərəcəli termiki yanıq xəsarətləri alan E.Əsədov sonradan Daxili İşlər Nazirliyinin hospitalına göndərilib. İnsident zamanı N.Müzəffərov da hər iki qolundan yüngül yanıq xəsarəti alıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər