4 neftçalalı balıqçı 5 gündür itkin düşüb
15-08-2015, 16:05
Oxunub: 4 112
Azərbaycanda 4 balıqçı Xəzərdə itkin düşüb
Bu barədə virtualaz.org saytının Şirvan bürosuna Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.
T.Əliyevin sözlərinə görə, Neftçala rayonu, Qoltuq kəndinin 4 sakini avqust ayının 10-dan itkin düşüblər: “Onlardan biri də xalam oğludur. Həmin şəxslər bunlardır:
Ağalarzadə Şahin Mazan oğlu, 1970-ci il təvəllüdlü
Abbasov Sahib Qarakişi oğlu, 1986-cı il təvəllüdlü
Eynullayev Əliş Ulduz oğlu, 1985-ci il təvəllüdlü
Xəlilov Nəcəf Rafil oğlu, 1966-cı il təvəllüdlü”.
T.Əliyevin sözlərinə görə, adıçəkilən şəxslər 5 gün əvvəl qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur: “Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib. İtkin düşmüş balıqçıların yaxınları iki gün sonra - avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən onlara bildirilib ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər