BolgeXeber.Com » Xəbərlər » Azərbaycanlı qadın qızları Dubayda necə satırmış?

Azərbaycanlı qadın qızları Dubayda necə satırmış?

21-08-2015, 18:03
Oxunub: 12 065 Azərbaycanlı qadın qızları  Dubayda necə satırmış?İnsan alverinə görə beynəlxalq axtarışa verilən azərbaycanlı qadının əməlləri üzə çıxıb

Axar.az məhkəmə arxivinə nəzər salaraq xatırladır ki, Sevinc Xəlilova hazırda həbsdə olan Qafur Bağırov adlı şəxslə əlbir işləyib. Onlar qadınları aldadaraq Dubaya fahişəliyə aparıblar. Q.Bağırov Ağdamın Muğanlı kənd sakinidir.

O, 2014-cü il yanvarında Aygün Hacıyeva və Xatirə Ağayevanın (ad-soyadlar şərtidir) Dubaydakı otellərin birində qeydiyyatçı kimi işə düzəldəcəyini vəd edib.

Fevralın 3-də Aygün Dubaya yola düşüb, Xatirənin pasportu olmayıb. Dubayda Aygünü qarşılayan məhz indi axtarışa verilən Sevinc Xəlilova olub. Xəlilova onu yaşadığı evə aparıb. O, Aygünü kişi müştərilərlə görüşdürərək cinsi təcavüzə məruz qoyub.

Q.Bağırovun S.Xəlilovaya göndərdiyi növbəti qurbanı Gülbəniz Əliyeva adlı qadın olub.

Gülbənizin imkansız olduğunu bilən Qafur onu Dubaydakı qızıl-zinət əşyaları mağazasına satıcı düzəldəcəyini söz verib. Gülbənizi və özünə yeni pasport düzəldən Xatirəni Dubaya apararaq Sevinclə görüşməsini təşkil edib.


Zərərçəkmiş Aygün: “Qafur bizim maddi çətinlik çəkdiyimizi, işsiz olduğumuzu bilirdi. Azərbaycanda münasib iş tapa bilmirdik, tapdığımız işdə isə məvacib çox aşağı olurdu. Qafur məni və Xatirəni Dubayda yaşayan qohumunun yanına göndərə biləcəyini söylədi. Deyirdi ki, Sevincin yanına getsəniz, sizi münasib bir işə düzəldəcək.

Ona yol xərcimizi ödəməyə belə imkanımızın olmadığını söylədim. Qafur isə hər şeyi özü təşkil edəcəyini bildirdi. Pasportumun surətini internet vasitəsilə Dubaya göndərdi.

Sonra Sevincin yolladığı pulla mənə bilet sifariş etdi. Dubayda Sevinc məni qarşılayıb evə gətirdi. Pasportumu və vizamı əlimdən aldı. Axşam məni kluba apararaq cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etməyi Vüsalə adlı qadına tapşırdı.

Onlara Dubaya bu məqsədlə gəlmədiyimi dedikdə Sevinc məni rüsvay edəcəyi ilə hədələdi, başıma müsibətlər gətirəcəyini bildirdi. Məcburiyyət qarşısında qalıb onların dediklərini elədim.

Sevinc məni daim qorxu altında saxlayırdı, hətta evimizlə əlaqə saxlaya bilmirdim. İşləmək istəmədiyimi dedikdə, pasportumu tələb etdikdə, oğlu ilə birləşib məni döyəcəyi ilə hədələyirdi.

Bir dəfə isə Vüsalə məni “Dulf” otelə apardı və orada “Kumar” ləqəbli, əslən azərbaycanlı olan Cəfər adlı şəxslə tanış etdi. Cəfər Sevincin tapşırığı ilə hər gün məni 10-15 müştəri ilə görüşdürürdü. Cəfərin olduğu oteldə 14 gün işlədim.

Sonra Cəfərlə Sevincin arasında pul mübahisəsi oldu. Ona görə Sevinc məni o oteldən çıxardı. Vüsalə bu dəfə məni hindistanlı bir şəxsə məxsus olan “Kapital” otelinə işləməyə apardı.

Martın 1-də oteldə olarkən Sevinc dedi ki, gəl gedək evə, sənə sürpriz hazırlamışam. Birlikdə Sevincgilə gəldik.

Evə girəndə Xatirə, Qafur və adını sonradan bildiyim Gülbənizi görəndə dəhşətə gəldim. Qafurun onları da aldadaraq Dubaya gətirdiyini başa düşdüm”.

Q.Bağırov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bolgexeber.com