BolgeXeber.Com » Xəbərlər » Yoxa çıxan gəlin tapıldı : 3 uşağımdan imtina edirəm... “Bakıda yaşamaq istəyirəm”
Yoxa çıxan gəlin tapıldı : 3 uşağımdan imtina edirəm... “Bakıda yaşamaq istəyirəm”
21-08-2015, 19:22
Oxunub: 4 305
İyulun 31-i Ucar rayonunun Qaracallı kəndində evdən qaçan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova tapılıb
Bolgexeber.com xəbər verir ki, Ucar rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, 3 uşaq anası Şəlaləni Ucar rayon Polis İdarəsinin əməkdaşları paytaxtın Nərimanov rayonu ərazisindəki parkların birindən tapıblar. Polis işçilərinin köməyi ilə rayona gətirilən qadın ailəsinə təhvil verilsə də əri, qayınatası və qayınanası Şəlaləni qəbul etməyiblər.
O, atasının evinə qayıdıb.
Polis əməkdaşları tərəfindən dindirilən qadın evdən getməsininn səbəbini açıqlayaraq bildirib ki, ərinin ailəsi ilə yola gedə bilmir.
“Mən üç uşağımdan da imtina edirəm, rayonda yaşaya bilmirəm, Bakıda yaşamaq istəyirəm” - deyə Ş.Rüstəmova bildirib.
O həmçinin 20 gün ərzində Bakıda süpürgəçi bir qadının evində qaldığını bildirib.
Şəlalə Rüstəmova iyulun 31-i gecə saatlarında özünə məxsus qızılları və qayınatasına məxsus mobil telefonu, həyətdə olan avtomabilin açarını götürərək evdən qaçıb. Onun üç azyaşlı övladı var. Rusiyada yaşayan əri Arif Rüstəmov də hadisəni eşidib və evə qayıdıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər