Korrupsiya idarəsinin prokuroru beynəlxalq tədbirdə iştirak edib
27-08-2015, 19:25
Oxunub: 4 907
Avqustun 10-dan 21-dək Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Malayziya Texniki Əməkdaşlıq Proqramı və Malayziya Korrupsiyaya Qarşı Mübarizə Akademiyası tərəfindən “Korrupsiyaya qarşı mübarizə Proqramının Strateji İdarəetməsi üzrə Sertifikat” mövzusunda tədbir keçirilmişdir
Bolgexeber.com xəbər verir ki, Çin, Pakistan, Özbəkistan, Tacikistan, Şri-Lanka və digər dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru İsfəndiyar Hacıyev təmsil etmişdir.
İ.Hacıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyi, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyi, eyni zamanda “ASAN” xidmət mərkəzlərin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
Tədbirin yekununda İ.Hacıyevə müvafiq sertifikat təqdim edilmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər