BolgeXeber.Com » Xəbərlər » Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?

Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?

28-08-2015, 14:19
Oxunub: 3 296 Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?Qanlı hadisə qız üstündə olub

Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin saytında yerləşdirilən məlumata görə, hadisəni törədən Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

Bakıda güllələnən keçmiş polis kimdir?

Milli.az onunla bağlı maraqlı təfərrüatlar, eləcə də hadisə yerinə getdyi avtomobilin və özünün fotolarını əldə edib.

Sayt bildirir ki, bir müddət əvəvəl polisdən ayrılan N.İbrahimov biznesmen olub.

Sayt əməkdaşı Nizami Ryon Polis İdarəsindən onu da öyrənib ki, qanlı hadisə qız üstündə olub. Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.
***
Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.

Qara rəngli, 10 VM 006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən şəxs markası hələlik bilinməyən maşının (nömrəsi -333) sürücüsünü güllələyib. 8 güllə yarası alan şəxs keçinib.

Güllə səslərinə gələn Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmağa başlayan sürücünü təqib etməyə başlayıblar. O, Sabunçu ərazisində idarəetməni itirərək “Chevrolet” markalı maşına çırpılıb və avtomobilini aşırıb. Məlumata görə, “Lexus”un sürücüsü ağır yaralandığı üçün 1 saylı Kiliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirlib. Xəstəxanadan bildirilib ki, sürücünün vəziyyəti ağırdır.
Polisdən bildirilib ki, qətlə yetirilən N.İbrahimov keçmiş polis əməkdaşıdır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib. O, baş vermiş hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işinin başlandığını, eyni zamanda iş üzrə müvafiq ekspertiziyaların təyin edildiyini bildirib.
Onun sözlərinə görə, Nadir İbrahimov idarə etdiyi “Lexus” markalı, 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı maşınla qara rəngli, 10 VM 006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən Rövşən Həsənovla Nizami rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan N.İbrahimova 8 güllə atıb. N.İbrahimov 1 saylı Kiliniki Tibbi Mərkəzə çatdırılsa da dünyasını dəyişib.

Hadisə barədə əlavə məlumatlar verəcəyik.
Bolgexeber.com
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?