Cüdoçular Füzuli Ələkbərovdan İlham Əliyevə şikayət etdi-FOTO
31-08-2015, 18:33
Oxunub: 4 211
Cüdoçular son illərdə gördükləri münasibətin nəticəsi olaraq, uğursuzluğa düçar olduqlarını və çıxış yolu olaraq, ölkə başçısından dəstək gözlədiklərini qeyd ediblər
Azərbaycanın bir qrup cüdoçusu president İlham Əliyevə müraciət edib.
Bolgexeber.com musavat.com-a istinadən xəbər verir ki, ölkə başçısına ünvanlanan müraciətdə cüdoçular qarşılaşdıqları problemləri qeyd ediblər. Onlar cüdo idman növündə əldə edilən uğurları prezidentin diqqətinə çatdırıblar. Cüdoçular son illərdə gördükləri münasibətin nəticəsi olaraq, uğursuzluğa düçar olduqlarını və çıxış yolu olaraq, ölkə başçısından dəstək gözlədiklərini qeyd ediblər.
Müraciət cüdo idman növündə nailiyyəti olan 25 idmançı tərəfindən imzalanıb.
Xatırladaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 18 cüdoçumuzdan yalnız 1 nəfər mükafata layiq yer tuta bilmişdi.
Qeyd edək ki, federasiyanın prezidenti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər