«ABU petrol»da daha bir ŞOK – 63 litrlik çənə 67 litr «vurdular» – FOTOLAR
1-09-2015, 09:39
Oxunub: 9 562
Yanacaq çəninin tutumu 63 litrdir və mən yanacaqdoldurma məntəqəsinə daxil olanda çəndə 7-8 litr benzin var idi
Bolgexeber.com bildirir ki,Samir adlı oxucu avtosfer.az-a Bakıda yanacaqdoldurma məntəqəsində aldadılması ilə bağlı müraciət edib. Müraciətdə bildirilir ki, bu gün – avqustun 31-də günorta saatlarında Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən «ABU Petrol» («ABU Arena» yaxınlığında) yanacaqdoldurma məntəqəsində vətəndaşı aldadıblar: «Həmin yanacaqdoldurma məntəqəsində A-92 markalı benzin aldım. «BMW 318i» markali avtomobil idarə edirəm. Maşın 2 motordur, 2002-ci ildə buraxılıb. Yanacaq çəninin tutumu 63 litrdir və mən yanacaqdoldurma məntəqəsinə daxil olanda çəndə 7-8 litr benzin var idi. Çəni tam doldurmaq üçün sifariş verdim. 66.93 litr benzin vuruldu. Menecerə yaxınlaşıb şikayetimi bildirdim ki, 63 litrlik çənə 67 litri necə vurursuz? Hələ çəndə 7 litr də benzin vardı. Amma şikayətimin bir faydası olmadı»..
Bu kimi şikayətlərlə son vaxtlar tez-tez rastlaşırıq. Bu üzdən də sürücüləri ayıq-sayıq olmağa, aidiyyatı qurumları isə nəzarət tədbirlərini gücləndirməyə çağırırıq.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər